Moskvanın Ermənistanı cəzalandırmaq üçün bir neçə yolu var
Ermənistan “Zvartnots” aeroportunu Rusiya hərbçilərinin təhlükəsizlik təftişindən təmizləyəcəyini bəyan edir. Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, “Zvartnots” aeroportunda müstəqil şəkildə sərhəd nəzarətini həyata keçirmək niyyəti barədə Rusiyanı rəsmi məlumatlandırıb. Simonyan prosesin avqustun 1-dən etibarən başlanacağını elan edib. Rusiya ilə Ermənistan arasında 1992-ci ilin sentyabrın 30-da imzalanan müqaviləyə əsasən, Rusiya Ermənistanın Türkiyə və İranla sərhədlərini mühafizə edir. "Zvartnots" Hava Limanında Rusiya nəzarət-buraxılış məntəqəsi yaradıb.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Ermənistan Hava Limanının təhlükəsizliyini Rusiyanın nəzarətindən çıxarmağı hədəfləsə də, İran və Türkiyə ilə sərhədlərin qorunmasını yenə Moskvaya etibar edir. Onun sözlərinə görə, bu o deməkdir ki, İrəvan Rusiya ilə təhlükəsizlik əlaqələrini tədricən azaltmağı məqsədəuyğun saysa da, quru sərhədlərin üçün qarantiyanı Rusiyada axtarır: