İsrail bu gün İrana cavab zərbəsinə dair qərar qəbul edəcək

İsrail hökuməti bu gün İranın hücumu ilə bağlı cavab zərbəsinə dair qərar qəbul edəcək.

APA-nın xəbərinə görə, bunu İsrail Ordusunun nümayəndəsi podpolkovnik Piter Lerner “Sky News“-a müsahibəsində bildirib.

Qeyd edək ki, İsrail Ordusu bu gün ölkə ərazisinə gecə hücumuna görə Hizzbullah Hərəkatının Livandakı böyük obyektinə zərbə endirildiyini açıqlayıb.