Ərdoğandan Antalyadakı faciə ilə bağlı açıqlama

Həm Antalya, həm də Beşiktaş cinayətlərində təqsirkarların məhkəmə qarşısında cavab verməsi üçün üzərimizə düşəni edəcəyik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin 3 saatlıq iclasından sonra açıqlamasında deyib.

Qeyd edək ki, Antalyada kanat qəzası ilə bağlı 5 nəfər artıq həbs edilib. Beşiktaşda isə bir neçə ay əvvəl İsmayıl Karabıyık adlı sahibkarın silahla başından vurularaq öldürülməsi cəmiyyətdə rezonans doğurub.