Senator: Fransa hökuməti kanak xalqına və Yeni Kaledoniyaya qarşı taktikasını dəyişib

“Fransa hökuməti kanak xalqına və Yeni Kaledoniyaya qarşı taktikasını dəyişib”.
Bunu Yeni Kaledoniya Senatının üzvü Moris Vimian bildirib.

O vurğulayıb ki, hazırda Yeni Kaledoniyada idarəetmə strukturlarının kanak xalqını təmsil edən insanlar tərəfindən idarə olunması üçün işlər aparılır:

“Bu gün hər iki əyalətimizin rəhbəri kanak xalqının təmsilçisidir. Bu isə onu deməyə əsas verir ki, siyasi rəhbərimiz kanak xalqının yanındadır. Fransa bu gün taktikasını dəyişib. Bu gün Yeni Kaledoniyada bir sıra siyasi institutlar kanak xalqı tərəfindən idarə olunur. Məhz bu səbəbdən də rəsmi Paris ölkədəki bu sahədəki siyasətinə də dəyişikliklər etmək istəyir. Fransa hakimiyyətinin əsas maraqları bu prosesin yekunlaşması üzərində qurulub. Yeni Kaledoniyada bunu yaxşı anlayırlar. Biz gələn ildən çalışacağıq ki, müxtəlif siyasi institutlar öz qərarlarını müstəqil şəkildə verə bilsinlər. Biz düşünürük ki, bu siyasətimiz çox uğurla nəticələnəcək. Onu da bilirik ki, Fransa bizə qarşı olan bu siyasətini davam etdirəcək. Yeni Kaledoniya hökuməti və kanak xalqı da öz siyasətindən geri dönməyəcək”.