Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri bu gün İsveçrədə görüşəcək

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova bu gün erməni həmkarı Alen Simonyanla görüşəcək.
Sherg.az APA-ya istinadən xəbər verir ki, görüşün saat 20:30-da Cenevrədə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.