Azərbaycan -İran əlaqələri: Prezidentlərin görüşü münasibətlərin normallaşdığının göstəricisidir

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər.

Bu görüşdən sonra ikitərəfli münasibətlərdə böhran aradan qalxdı. Azərbaycan-İran münasibətlərində prezidentlərin görüşləri sayəsində narahatlıq doğuran məqamlar aradan götürülüb. Nəticə etibarilə Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollardan biri olacaq. Oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Qarşıdan gələn dövrdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulub. əaliyyət göstərəcək, yerin tapılması, uyğunlaşdırma işləri vaxt tələb edib. Azərbaycan qarşıdan gələn dövrdə də İranla kitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək. 

İki ölkə arasında əlaqələri “Sherg.az”a dəyərləndirən Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Solton vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və İranın mərhum Prezidenti İbrahim Rəisinin görüşü tərəflər arasında münasibətlərin normallaşdığının göstəricisidir: 
“Azərbaycanın İran qarşısında irəli sürdüyü bir sıra təkliflər və şərtlər var idi. Şərtlərə əməl olunması bu görüşün keçirilməsinə şərait yaradıb. Həmin şərtlərin əsas məqamı isə Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizliyi ilə bağlı məsələ idi. Ötən həftə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyan etdi ki, Tehranda səfirliyin yeni binası açılacaq. Eyni zamanda, Azərbaycan səfirliyinə terror hücumu etmiş şəxsin cəzalandırılması ilə bağlı İran tərəfi məlumat verib. Bu isə tərəflər arasında əlaqələrin yaxşılaşmasını göstərən faktlardandır. Azərbaycan-İran münasibətlərinin normallaşması Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığa da təkan verə bilər. İlk növbədə İranın Ermənistan üzərindən Azərbaycana və regiona qarşı pozuculuq fəaliyyəti məhdudlaşar. Digər tərəfdən, İran da Cənubi Qafqaz ölkələri ilə bərabərhüquqlu tərəf kimi əməkdaşlıq edə bilər. Bunların hamısı regionda təhlükəsizliyə və iqtisadi inkişafa müsbət təsir göstərə biləcək amillərdir”. 

Ekspert qeyd edib ki, indiyə qədər Azərbaycan-İran münasibətlərinin pozulmasında əsas rolu Tehran hakimiyyəti oynayıb: 
“Azərbaycana qarşı əsassız ittihamların irəli sürülməsi, müharibə zamanı Ermənistanın dəstəklənməsi buna misaldır. İran tərəfindən Azərbaycan sərhəddində yersiz hərbi manevr keçidi və Azərbaycana qarşı güc göstərmək kimi addımlar atılıb. Azərbaycanın isə həmin təxribatı və təhrikedici addımlardan hər zaman üzü ağ çıxıb. Azərbaycan müdriklik və təmkinlik göstərərək Tehran hakimiyyətinin təxribatlarına uymadı. Eyni zamanda, Azərbaycan İran hakimiyyətinin daha doğru yol seçməsinə şərait yaratdı. Tehran hakimiyyətinin bu gün Azərbaycanla bağlı münasibətlərdə atmaq istədiyi müsbət addımlar dövlətimizin siyasətinin nəticəsidir. Ona görə də gələcək zamanda İran Azərbaycan və regionla bağlı məsələləri daha obyektiv dəyərləndirəcək”.