“Lüksemburq parlamentinin sədrinin söylədiyi fikirlər təxribatçı və qərəzli, bölücü mahiyyəti ilə yanaşı həm də siyasi cəhətdən savadsız, geosiyasi situasiyanın diktə etdiyi reallığa və Ermənistanla Azərbaycan arasında davam edən sülh gündəminin hazırkı durumuna ziddir". Bu barədə Milli Məclisin iclasında deputat Elnur Allahverdiyev bildirib. Deputat deyib ki, Klod Vizler bu bəyanatı ilə mövcud reallıqdan nə qədər uzaq və məlumatsız olduğunu büruzə verməklə, əslində, özü-özünü yumşaq desək biabır edib: "Biz Azərbaycanda Lüksemburq kimi dünya siyasətində heç bir rolu olmayan bir dövlətin rəsmilərinin ölkəmizə qarşı qərəzinin haradan, daha doğrusu, hansı digər dövlətdən qaynaqlandığını yaxşı bilirik və Klod Visler kimilərinin həyəcanını başa düşürük. 2020-ci ilin 44 günlük müharibəsində və ötənilki antiterror əməliyyatındakı hərbi qələbələrimizdən sonra onlarla Vizlerəbənzər qərbli, avropalı, əsasən də fransalı siyasət adamlarının Ermənistana gəlib özlərini gülünc vəziyyətə qoyduqlarının şahidi olmuşuq. Onlar nəyə təsir edə biliblər ki, Klod Vizler də bu “uğur”u təkrarlaya bilsin? Bununla belə, yaxşı olardı ki, Lüksemburqun parlament sədri belə məsuliyyətsiz çıxışlar etmədən öncə ona verilən konspektlərdəki məlumatları dəqiqləşdirsin. Məsələn, Azərbaycan tərəfindən həbs edilən canilərin kimliklərinə dair ətraflı və obyektiv informasiya almağa çalışsın, onların insanlığa və bəşəriyyətə qarşı cinayət əməlləri barədə məlumatlı olsun. Cənab Vizlerin bilməsi yaxşı olar ki, o şəxslərin 30 il öncə qətl etdikləri azərbaycanlı qadın, uşaq, yaşlı insanların qalıqlarını biz indi tapıb üzə çıxarır, onillərdir gözü yaşlı qalmış ailələrinə təhvil veririk ki, dinimizə uyğun dəfn edilsinlər. Bu, həmin ailələr üçün böyük təsəllidir ki, doğmalarının heç olmasa məzarlarının yerlərini biləcəklər. Görəsən, Klod Vizlerin təmsil etdiyi ölkənin vətəndaşlarına qarşı belə amansızlıqlar etmiş canilərə münasibəti necə olar? Başqa bir dövlətin rəsmisi onlara “azadlıq” tələb edəndə, bu, Vizlerin ürəyincə olarmı? Belə çıxır ki, Ermənistan dövləti və rəsmiləri sözügedən canilərin mahiyyətinə bələddir deyə, onlarla bağlı bir kəlmə belə danışmır, ancaq uzaq və kiçik Lüksemburqun parlament sədri Qukasyanın, Saakyanın, Babayanın və başqalarının taleyindən narahatdır”.
Klod Vizler özü-özünü biabır edib - Deputat
15:00 25.05.2024
Siyasət
304
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın NATO-ya üzv ola bilər? - RƏY
19:17 26.11.2024
Siyasət
Dərman vasitələrinin qanunsuz dövriyyəsinin qarşısı alındı
18:40 26.11.2024
Gündəm
Cəlilabadda yol qəzası olub
18:35 26.11.2024
Hadisə
ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır -TƏHLIL
18:25 26.11.2024
Siyasət
İtaliya təklif verdi: Netanyahunun həbsi qərarı...
18:06 26.11.2024
Dünya
Suraxanıda yaşayış binasında yanğın olub, 33 nəfər təxliyə olunub
17:58 26.11.2024
Hadisə
Trampın liderlik dönəmində sülh daha real görünür -Analiz
17:45 26.11.2024
Siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
17:38 26.11.2024
Siyasət
Cemal Zehir: Ermənistanın sülhdən yan qaçdığı göz önündədir
17:32 26.11.2024
Siyasət
Aqşin yeniseyin qızı aktrisa olacaq
17:20 26.11.2024
Gündəm
Yasamalda 14 yaşlı qız özünü binadan atdı
17:06 26.11.2024
Hadisə
Bayraqdar: ABŞ-ın hədəfi Rusiya deyil, Türkiyədir!
16:47 26.11.2024
Dünya
İslanmış itlər niyə silkələnir? Təxmin etmədiyimiz bir səbəb var!
16:42 26.11.2024
Relaks
MSK bələdiyyə seçkiləri təyin edəcək
16:41 26.11.2024
Siyasət
"Araz - 2024" birgə taktiki təliminin hazırlıq prosesi yekunlaşıb
16:35 26.11.2024
Hərbi
Bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilib
16:30 26.11.2024
Siyasət
Kəlbəcər əvvəlkindən daha möhtəşəm və müasir üslubda qurulur
16:26 26.11.2024
Qarabağ
Külək güclənəcək - XƏBƏRDARLIQ
16:19 26.11.2024
Cəmiyyət
Ən çox axtarılan peşələr bəlli oldu: 85 mindən çox elan var!
16:13 26.11.2024
Sosial