
Fransanın antiazərbaycan mövqeyi : Müstəmləkəçinin bu tonda danışması qəbuledilməzdir -ŞƏRH
10:44 27.05.2024
Siyasət
429
Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa tərəfinin Azərbaycanı “diktatura” adlandırması məsələsi ilə bağlı yerli medianın sualına cavablandırarkən deyib.
Fransa tərəfi bu kimi məsuliyyətsiz və qəbuledilməz açıqlamalara görə nəinki üzrxahlıq diləməyib, hətta Le Point və digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirib.
Bu ölkənin “demokratiya” pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdirir.
Bununla yanaşı, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Azərbaycanı “diktatura” adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı.
Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq.
Rəsmi Parisin növbəti antiazərbaycan addımını “Sherg.az”a dəyərləndirən politoloq Zeynal Əmrəliyev söyləyib ki, Fransa tərəfindən tarix boyu Azərbaycana qarşı mənfi ritorika olub:
“Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra Fransanın Azərbaycana qərəzli mövqeyinin şahidi olmuşuq. Azərbaycan torpaqlarını azad etdikdən sonra Fransanın antiazərbaycan siyasəti daha da gücləndi. Xüsusilə də indiki Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan əleyhinə olan ədalətsiz və aqressiv siyasəti böyük ölçülüdür. Fransa ədalətsiz mövqe sərgiləməklə yanaşı beynəlxalq hüququ da tapdalayır. Vaxtilə rəsmi Parisin Bakıya qarşı münasibətinin mənfi olmasına baxmayaraq Azərbaycan Fransanın ATƏT-in Minsk qrupunun həmsədriyinə səs çıxarmadı. Digər tərəfdən Minsk qrupunun həmsədri olan zaman Fransa açıq şəkildə fikrini büruzə vermirdi. Amma 44 günlük Vətən müharibəsindən, Minsk qrupu öz biabırçı missiyasını yekunlaşdırdıqdan sonra Fransanın maskası cırıldı və Azərbaycana qarşı daha aqressiv şəkildə hədələr yağdırmağa başladı”.

Ekspert vurğulayıb ki, bu gün Fransa uğursuz daxili və xarici siyasətlə üzləşib:
“Ölkə geniş iqtisadi böhran içərisindədir. Eyni zamanda, Fransanın müstəmləkə siyasəti iflasa uğrayır. Yeni Kaledoniyada baş verənlər bunun əyani sübutudur və xalq milli azadlıq hərəkatına başlayıb. Fransa dünyada müstəmləkəçiliyin ən bıabırçı örnəklərindən biridir. Dünya xalqlarına zülm edən bir dövlətin Azərbaycanla bu tonda danışması qəbuledilməzidir. Zaman keçdikcə Fransa rəhbərliyi dəyişdikdən sonra ölkənin ədalətsiz ritorikasında müəyyən dərəcədə yenilənmələr olacaq. Cənubi Qafqazda baş tutacaq hadisələr yalnız Azərbaycanın iradəsi əsasında həyata keçirilə bilər. Fransa rəhbərliyi də bunu qəbul etsə, yaxşı olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
11:35 25.09.2026
Gündəm
Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir
11:25 25.09.2026
Aktual