Özgür Özəl: Mənim prezidentliyə namizəd olmaq kimi bir məqsədim yoxdur

"CHP-ni iqtidara gətirməsəm istefa vercəyəm, siyasəti o gün buraxacağam"

CHP sədri Özgür Özəl "Halk TV"-nin canlı yayımında gündəmlə bağlı sualları cavablandırıb.

Sherg.az xəbər verir ki, CHP lideri Rəcəb Tayyib Ərdoğanla iyunun 9-dan sonra gözlənilən görüşünün formatını açıqlayıb.

Prezident Ərdoğanın partiyasının qərargahına səfəri zamanı görüşün təkbətək baş tutacağını bildirən Özəl, "Ancaq Namık Tanın heyətləri müşayiət edəcəyini düşünürəm. Amma əsas görüş aramızda baş verəcək” deyib.

CHP-nin öz şəxsiyyəti ilə konstruktiv və təsirli müxalifət quracağını ifadə edən Özəl, namizəd müzakirələri ilə boş yerə millətin gündəmini zəbt etməyəcəklərini bildirib və belə davam edib:

"Prezidentliyə namizəd olmaq kimi bir məqsədim və niyyətim yoxdur. Mənim bir niyyətim var. Atatürkün partiyasını, Cümhuriyyətin ikinci əsrinin ilk yerli seçkilərində  birinci partiya olduğunu dedimsə , ən böyük hədəfə çatmışam deməkdir. Özüm üçün heç bir şey istəmədim, istediyim tək bir şey var: Gəlin bu seçkilərdə Cümhuriyyət Xalq Partiyasını iqtidara gətirək, bir CHP-lini də başqan edək. Bu ölkəni  Qazi Mustafa Atatürkün dilədiyi ölkə, iqtidar halına gətirək. Mənim işim bu partiyanı yönəltməkdir. Mən CHP-ni iqtidara gətirməsəm, o gecə buraya çıxıb, istefa vercəyəm, siyasəti o gün buraxacağam. Bu qədər ciddi söyləyirəm.İlk yerli seçkilərdə CHP-ni birinci etdik. Deyirdilər ki, seçkidə çox pis nəticələr alacaqlar. CHP tarixin ən qısa lideri olacaq. Nə oldu? 50 illik tarixin ən böyük uğurunu birlikdə qazandıq, çıxıb mən qazandım demədim, mən qazanmadım ki. Birlikdə qazandıq".