ABŞ rəsmilərinin Ermənistana mütəmadi səfəri, əsasən baş naziri çevriliş cəhdindən qorumaqdır
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenlə görüşüb. Paşinyan və Ceyms Obrayen ikitərəfli əlaqələri, eyni zamanda Azərbaycanla sülh razılaşması ətrafında aparılan danışıqları müzakirə edib. Tərəflər həmçinin sərhədlərin Almatı bəyannaməsi əsasında delimitasiya və demarkasiyası ətrafında fikir mübadiləsi aparıb. Görüşün daha bir müzakirə mövzusu isə “Sülh kəsişməsi” layihəsi və onun prinsipləri olub. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Ceyms Obrayenlə görüşüb. Mirzoyanla görüşdən sonra Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun görüşü baş tutub.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, ABŞ rəsmilərinin Ermənistana mütəmadi səfəri əsasən, Nikol Paşinyanı çevriliş cəhdindən qorumaqdır. Ekspertin sözlərinə görə, Rusiya-Ermənistan əlaqələri hər keçən gün böhrana yuvarlanır:
"Ermənistanda Apostol kilsəsinin dəstəyi ilə keçirilən aksiyalardan istifadə edənlər təxribatlar həyata keçirilə bilər. ABŞ dövlət katibinin köməkçisi Obraynın səfəri, Vaşinqtonun Ermənistanda baş verənlərlə bağlı narahatlığının göstərir. ABŞ Azərbaycanla sülh prosesində İrəvana tam siyasi dəstək verməyə çalışır. Bunu Vaşinqtondan məhz Paşinyanın xahiş etməsi istisna deyil. Bununla Ermənistan cəmiyyətinə mesaj verilir ki, ABŞ Azərbaycanla sülh prosesində Ermənistanın yanında olacaq. Ümumi götürəndə ABŞ rəsmilərinin Ermənistan səfəri üç istiqamət üzrədir. Birincisi, Paşinyana tam siyasi dəstək vermək, ikincisi, Rusiyanın artan təzyiqləri fonunda çevriliş ssenarilərini neytrallaşdırmaq, üçüncüsü isə Azərbaycanla sülh prosesində Ermənistana dəstək verməkdir. ABS Ermənistanda konustitusiya referendumunun keçirilməsində maraqlıdır. Çünki bu, Rusiyanın Ermənistanda mövqeyini zəifləmiş olacaq. Həmçinin ABŞ erməni diasporu Ağ Evin tapşırığı ilə kilsəyə siyasi və maliyyə dəstəyini dayandırır".