Fazil Mustafanın deputatlığa namizədliyi qeydə alınıb

"İrəlidə seçki komandamızı 40 günlük gərgin iş rejimi gözləyir"

"26 saylı I Sabunçu seçki dairəsindən (Bakıxanov qəsəbəsinin əksər ərazisini əhatə edir) Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyim qeydə alındı. Artıq irəlidə seçki komandamızı 40 günlük gərgin iş rejimi gözləyir".

Sherg.az 
xəbər verir ki, bu haqda  Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib. 

Partiya sədri bildirib ki, çalışmaları barədə sosial şəbəkə üzərindən məlumat vaxtaşırı veriləcək:

"Cəmiyyətimizin ayrı-ayrı təbəqələrindən kampaniyamıza dəstək mesajları alıram. Burada vəkillik üçün müraciət edən dəyərli şəxslərin adlarını da yeri gəldikcə qeyd edəcəyəm. Sözün qısası, yolun uzunu! Davamıza davam! Şüarım belə düşünülmüş: “Seçki dairəsində səs verin ki, Azərbaycan zirvəsindən səsiniz eşidilsin!”. Məmləkətimizə, xalqımıza xeyirli olsun!