
Ermənistanda təhlükə: Silahların bir hissəsi mülki vətəndaşların əlinə keçib -ŞƏRH
11:42 12.09.2024
Dünya
483
Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib ki, 44 günlük müharibədən sonra çoxlu sayda yoxa çıxmış silahımız var və biz bu mövzunu bir neçə dəfə müzakirə etmişik. Paşinyan bununla bağlı daxili işlər nazirinə tapşırıq verdiyini bildirib. Eyni zamanda söyləyib ki, Qanunsuz silahların və sursatların axtarışı ilə bağlı metodologiyamıza yenidən baxmalıyıq, çünki işlədiyimiz metodologiya artıq yeni çağırışlara cavab vermir. Ölkədə qanuni silahların da sayı artıb və bunlara nə qədər dözməli olduğumuz həqiqətən seçim məsələsidir. İndi silah gətirmək, qanuni silah almaq imkanları artıb.
Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a söyləyib ki, Azərbaycan Ordusu 44 günlük müharibə zamanı Ermənistan ordusunun çox sayda silah-sursat, texnika və avadanlıqlarını qənimət olaraq götürüb:

“Müharibədən sonra isə bu proses sərhəd toqquşmalarında və lokal xarakterli antiterror əməliyyatlarında davam edib. Ermənistan ordusunun bir çox hərbi qulluqçusu məğlubiyyətdən istifadə edərək özü ilə birlikdə ərazilərimizdən çıxara bildikləri silahları fərqli məqsədlər üçün istifadə etdi. Yəni silah-sursatları Ermənistan ordusunun silah anbarlarına təhvil vermədi. Belə olan halda məğlubiyyətə düçar olan Ermənistan hazırda ciddi təhdidlə qarşı-qarşıyadır. Bu təhdid isə müharibədə istifadə olunan silahların bir hissəsinin mülki vətəndaşların əlinə keçməsi ilə əlaqədardır. Nəzərə alsaq ki, hazırda Ermənistan ərazisində bir çox terror təşkilatlarının üzvləri yaşayır, onların sözügedən silahları ələ keçirməsi və hətta terror fəaliyyətlər üçün kənar ölkələrə çıxarması da istisna edilmir. Nikol Paşinyanın belə bəyanatlar səsləndirməsi böyük ehtimalla Ermənistanda gözlənilən növbəti etiraz aksiyaları ila birbaşa bağlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol