Mavritaniyalı fəal: Əsas tələbimiz müstəmləkə ərazilərində yaşayan xalqların... 

Fransa tabeliyindəki müstəmləkə dövlətlərinin məqsədi beynəlxalq hüququn subyekti olmaqdan ibarətdir.

APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə paytaxtımızda "Afrikada Fransanın neokolonializm siyasəti" mövzusunda keçirilən konfransda Mavritaniyadan olan insan hüquqları fəalı Abdarahman Voun bildirib.

O deyib ki, əsas tələblərindən biri müstəmləkə ərazilərində yaşayan xalqların azadlığı və onlara qarşı diskriminasiyaya son qoyulmasıdır:

“Bu cür tədbirlərin keçirilməsində məqsəd səsimizi müxtəlif coğrafiyalarda yaşayan insanların və beynəlxalq təşkilatların diqqətinə çatdırmaqdan ibarətdir. Hazırda biz istər Asiya, istər Amerika qitəsində yaşayan azsaylı xalqların nümayəndələri ilə əlaqələr saxlamağa çalışırıq. Mən istərdim ki, bütün müstəmləkə xalqları birlikdə bizə qarşı yönələn ədalətsizliyə qarşı mübarizə aparsınlar. Mən özüm bugünkü konfransın uğur qazanacağına və məqsədinə çatacağına inanıram".