Azərbaycan-Fransa münasibətləri: problemlər, gözləntilər - Analiz

Azərbaycan-Fransa münasibətləri son illərdə siyasi gərginlikləri ilə yadda qalsa da, xüsusilə Qarabağ müharibəsi zamanı Fransanın Ermənistanı açıq şəkildə dəstəkləməsi bu münasibətləri daha da çətinləşdirib. Buna baxmayaraq, iqtisadi sahədə müəyyən əməkdaşlıq davam edir. Gələcəkdə siyasi gərginliyin davam edəcəyi gözlənilsə də, iqtisadi və mədəni sahələrdə əlaqələrin nisbətən müsbət şəkildə inkişaf etməsi mümkündür. 
Azərbaycan-Fransa münasibətləri son dövrlərdə müəyyən gərginliklərlə müşayiət olunub. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Fransa açıq şəkildə Ermənistanın mövqeyini dəstəkləyib. Fransa prezidenti Emmanuel Makronun bu mövqeyi Azərbaycan tərəfindən tənqid olunub və rəsmi Bakının gözündə Fransa tərəfsiz vasitəçi kimi etibarını qismən itirib. Bundan əlavə, Fransa Milli Assambleyası Qarabağ müharibəsi ilə bağlı bəzi qərarlar qəbul edərək Azərbaycanı tənqid etmişdi ki, bu da ikitərəfli münasibətlərə mənfi təsir göstərib. Azərbaycanın öz müstəqilliyini və suverenliyini müdafiə etməsi ilə əlaqədar mövqeyi Fransa ilə siyasi arenada toqquşub. Xüsusilə Avropa Birliyi və beynəlxalq təşkilatlar çərçivəsində tərəflər arasında müəyyən fikir ayrılıqları mövcuddur. Buna baxmayaraq, iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində müəyyən əməkdaşlıq davam edir. Fransa Azərbaycanın neft və qaz sektorunda əhəmiyyətli investorlarından biridir və bu əməkdaşlıq birbaşa siyasi münasibətlərdən çox iqtisadi maraqlara əsaslanır.
Fikrimcə, gələcəkdə müəyyən əlaqələr yaransa da, uzun çəkməyə bilər. Çünki siyasi münasibətlərdə gərginliklər, Qarabağ məsələsi ilə bağlı fikir ayrılıqları davam edərsə, Azərbaycan-Fransa münasibətləri uzun müddət gərgin qala bilər. Fransa Ermənistanı dəstəkləməyə davam edərsə, Azərbaycanın Fransa ilə münasibətləri daha da soyuyacaq. Amma ekoloji və enerji sahəsində əməkdaşlıqlar, enerji sahəsindəki əməkdaşlıq müəyyən qədər davam edə bilər. Azərbaycanın təbii ehtiyatları Fransa şirkətləri üçün strateji əhəmiyyət kəsb edir. Bu sektor siyasi gərginliklərdən ayrı saxlanılır. Digər məqam geosiyasi balansdır. Azərbaycan Fransanı daha çox balanslı mövqe tutmağa məcbur edə bilər. Xüsusilə Avropa Birliyi çərçivəsində Azərbaycanın mühüm geosiyasi mövqeyi nəzərə alınaraq, gələcəkdə Fransanın siyasətində dəyişikliklər ola bilər. Mədəni və sosial əlaqələr Mədəniyyət sahəsində əməkdaşlıq davam edə bilər, xüsusilə təhsil və turizm sahələrində. Lakin bu sahələrdəki əməkdaşlıq siyasi qərarlardan birbaşa təsirlənmədikdə daha uğurlu ola bilər.
Nəticə olaraq, Azərbaycan-Fransa münasibətlərində siyasi gərginliklərin davam etməsi gözlənilir. Xüsusilə Qarabağ münaqişəsi və regiondakı geosiyasi maraqlar səbəbilə. Lakin, iqtisadi maraqlar, xüsusilə enerji sahəsində əməkdaşlıq bu əlaqələrin tamamilə kəsilməsinin qarşısını alır. Gələcəkdə Fransa və Azərbaycanın daha balanslı yanaşma ilə əlaqələrini yenidən qurma ehtimalı olsa da, bu proses əsasən Avropa Birliyi və beynəlxalq siyasətdəki dəyişikliklərdən asılı ola bilər".

Fərid Hüseynov