Açıq deyirəm: İsrailin hiyləgər planının hədəfi... - Ərdoğan

Açıq şəkildə deyirəm: Regionumuzda sadəcə Qəzza, İordan çayının qərb sahili, Livanla məhdudlaşmayacaq hiyləgər plan icra edilməkdədir. Bu hiyləgər planın hədəfinin hara olduğunu görmək və anlamaq üçün kahin olmağa gərək yoxdur.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada "TEKNOFEST 2024" festivalında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Qərb dövlətləri baş verən qətliamlara baxmayaraq, İsrail rejiminə dəstək verməkdədir.