Kılıçdaroğlunun məhkəməyə zorla gətirilməsinə dair qərar ləğv edilib

Keçmiş CHP lideri Kamal Kılıçdaroğlunun məhkəməyə zorla gətirilməsinə dair qərar ləğv edilib.

Sherg.az xəbər verir ki, bu haqda Kamal Kılıçdaroğlunun vəkili Cəlal Çelik X hesabında açıqlama yayıb.

İstanbul 48-ci Asliye Cəza Məhkəməsi vəkil Mustafa Doğan İnalı təhqir etdiyi iddiasıyla 2 ilə qədər həbs cəzası ilə mühakimə olunan CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun məhkəməyə çıxarılmasına qərar verib. Qərara reaksiya verən CHP lideri Özgür Özəl, "Keçmiş sədrimiz cənab Kamal Kılıçdaroğlunun zorla gətirilməsinə dair bu gün verilən qərar nəinki qanuni deyil, həm də siyasiləşmiş məhkəmə sistemini qorxutmaq cəhdidir" deyib. Kılıçdaroğlu sosial media hesabında da video yayımlayaraq, “CHP-liləri siyasətdən uzaqlaşdırmağa çalışanlara açıq və aydın çağırışımdır; Bir dənə də olsun CHP-lini saray ədliyyəsinə təhvil verməyəcəyik. Məni və ya digər yoldaşlarımızı ora boş yerə getməyə qoymayacağıq" deyib..