XİN-dən Bayraq Günü münasibətilə paylaşım 

Azərbaycanın Xarici İşlər Nazirliyi X hesabında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.

"Sherg.az" paylaşımın mətnini təqdim edir:

“9 Noyabr - Dövlət Bayrağı Günündə, Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin rəmzi olan, Azərbaycan xalqını azadlıq və milli-mənəvi dəyərlər ətrafında möhkəm birləşdirən üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanmasını arzu edirik. Bayraq Günümüz mübarək!”