Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - RƏY
15:44 29.11.2024
Siyasət
615
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqına (AB) üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və qrantlardan imtina etdiyini elan etməsindən sonra Tiflisdə genişmiqyaslı etirazlar başlayıb. Aksiyalara Prezident Salome Zurabişvili də qoşulub və ölkədə konstitusiya çevrilişinin baş verdiyini iddia edib. O, həmçinin Gürcüstandakı vəziyyətlə bağlı Avropa dövlətlərindən yardım istəyib.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Gürcüstanın Avropa İttifaqı ilə danışıqlarının dayandırılması gözlənilən idi:
"Əslində, AB ilə aparılan danışıqlar Gürcüstana ciddi bir nəticə qazandırmadı. Gömrük rüsumlarında müəyyən azalmalar və bəzi imtiyazlar xaricində Gürcüstanın əsas gözləntiləri yerinə yetirilmədi. Məsələ burasındadır ki, Gürcüstan Avropa İttifaqına inteqrasiya edərkən üç əsas məqsəd güdürdü: Abxaziya və Cənubi Osetiya problemlərinin həlli, Avropa İttifaqına tam üzvlük və NATO-ya qoşulmaq. Lakin 2008-ci ildən bu yana bu hədəflərin heç biri reallaşdırılmayıb. Əksinə, Qərb Gürcüstanın daxili məsələlərinə qarışmağa başlayıb.
Bu vəziyyətdə hakim "Gürcü Arzusu" partiyası Qərblə əlaqələrinə müəyyən məsafə qoydu və Rusiya ilə münasibətləri normallaşdırmağa başladı. Hazırda Tiflis Azərbaycan kimi balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır."
Ekspert əlavə edib ki, Gürcüstanın Avropa İttifaqı ilə danışıqlarını dayandırmasına görə başlayan aksiyalar hazırda davam edir, lakin onların ciddi nəticə verməsi ehtimalı azdır:
"Qəbul edilən bəzi qanunlarla Qərbin Gürcüstandakı təsir imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Xüsusilə də, Qərbin dəstəyi ilə fəaliyyət göstərən və aksiyalarda fəallıq göstərən qeyri-hökumət təşkilatlarının maliyyə mənbələri kəsilib. Hesab edirəm ki, Qərb Gürcüstanla münasibətlərin tamamilə pozulmasının qarşısını almaq üçün müəyyən addımlar atacaq. Çünki mövcud vəziyyətlə mübarizə aparmaq mümkün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol