
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi Bakının konstruktiv yanaşmasıdır
13:58 04.12.2024
Aktual
660
Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi hazırda pozitiv mərhələdədir.
Onun sözlərinə görə, sülh müqaviləsi ətrafındakı proseslər yerində dayanmır. Sadəcə fasilə Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı idi. Ermənistan parlamentinin sədri məsələyə pozitiv yanaşdıqlarını, eyni zamanda müzakirələrdə müsbət dinamika müşahidə olunduğunu vurğulayıb.
Qeyd edək ki, Rəsmi Bakının dəvətinə baxmayaraq Ermənistanın COP29-a dəvət olunmasına rəğmən iştirak etmədi. Səbəb olaraq isə Bakıda həbsdə saxlanılan erməni diversantların bir qisminin COP29 zamanı İrəvana qaytarılması şərtini Azərbaycanın qəbul etməməsini göstərdi. Digər tərəfdən son günlərdə xarici dövlətlər Ermənistanı silahlandırmaqda davam edir. Eyni zamanda erməni ordusu müxtəlif hərbi təhlükəsizlik təlimlərində iştirak edir.
Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a bildirib ki, Ermənistan tərəfinin bu günkü çıxışına baxdıqda məsələlərə manipulativ yanaşdıqlarını görürük:

"COP29-un sülh prosesinə heç bir maneəsi yox idi. Tam əksinə, Ermənistan COP29-dan əvvəl təhrikedici addımlar atdı. Sərhəd bölgəsində atəşkəs rejimi pozuldu. Üstəlik Səlibçi Xaçı olan bayraq qaldırıldı. Həmçinin erməni lobbisi anti-azərbaycan kompaniyasını daha da fəallaşdırdı. Bunu hökumət və Paşinyan özü də bilir. Simonyan "atəşkəs pozitiv gedir" deyərkən, sanki danışıqların Ermənistanın vasitəçiliyi ilə getdiyini göstərmək istəyir. Lakin Ermənistan əlindən gəldiyi qədər məsələni uzatmağa çalışır. Düzdür prosesdə bəzi irəliləyişlər var. Bu isə heç də Ermənistanın təşəbbüsü ilə deyil. Əslində sülh danışıqlarında irəliləyişlərin səbəbləri Bakının konstruktiv yanaşması, Ermənistanın bu məsələdə önümüzə qoyduğu süni maneələri dəf etməsidir. Ümid edirik ki, Ermənistan bu avantürist çıxışlarından əl çəkəcək. Həmçinin hər ilin sonunda olduğu kimi bu il də pozitiv açıqlamalar verərək məsələni daha da uzatmayacaq. Son olaraq 2025-ci il barış ili elan olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya