Putin: Yeni il ərəfəsində MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək

Yeni il ərəfəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammiti keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin açıqlama verib.

"Tezliklə, artıq ənənəvi olan MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək", - o deyib.

Qeyd edək ki, daha əvvəl Birliyin baş katibi Sergey Lebedev dekabrın sonunda Astanada MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşünün olacağını bildirmişdi.