Əsədin dostu Putin susur: Rusiya Suriyada yeni dövrə necə baxır?


2015-ci ildə Suriyada gedən vətəndaş müharibəsinə müdaxiləsi ilə Əsədin hakimiyyətdə qalmasına kömək edən Rusiya lideri Putin rejimin dağılmasından sonra səssiz qalır. Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyadakı administrasiyanın HTŞ-nin nəzarətində olmasını istəmədiklərinə diqqət çəkərkən, Tartus və Hmeymim hərbi bazalarının “müharibə hazır olduğu” ifadə edilir. Bəs Əsədin sığındığı Rusiya Suriyada rejimin dağılmasına necə reaksiya verir? Rusiyanın yeni Dəməşq administrasiyası ilə bağlı planı nədir?

Sherg.az xəxəbər verir ki, Suriyada Heyət Təhrir əl-Şamın (HTŞ) başçılıq etdiyi müxalif qruplar dünən Dəməşqi ələ keçirdiklərini elan edərək, prezident Bəşər Əsədi ölkədən qaçmağa məcbur ediblər.


Paytaxtın alınması ilə Suriyada əlli illik Baas hakimiyyəti devrilib. Əsəd Rusiyaya sığınıb.

2015-ci ildə Moskvanın Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsi ilə Əsədin hakimiyyətdə qalmasına kömək edən Rusiya prezidenti Vladimir Putin baş verənlərlə bağlı hələlik şərh verməyib.

Rusiya Xarici İşlər Nazirliyi dünənki açıqlamasında "Suriyadakı dramatik hadisələri yaxından izlədiklərini" bildirib və hər kəsi zorakılıqdan çəkinməyə və bütün problemləri siyasi yollarla həll etməyə çağırıb.

“Bəşər Əsədlə Suriya Ərəb Respublikasındakı silahlı münaqişənin bəzi iştirakçıları arasında son danışıqların nəticəsi olaraq, Əsəd hakimiyyətin dinc yolla ötürülməsinə göstəriş verərək, prezidentlikdən istefa vermək və ölkəni tərk etmək qərarına gəlib”, - deyə nazirlik əlavə edib. Moskva danışıqlarda iştirak etməyib.

Rusiya həmçinin “Suriya müxalifətinin bütün qrupları ilə əlaqə saxladıqlarını” bildirib.

Senator Konstantin Kosaçev Moskvanın əsas prioritetinin Suriyadakı Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək olduğunu bəyan edib və deyib: “Suriya xalqının dəstəyimizə ehtiyacı davam edərsə, bu dəstək veriləcək. Amma çətin ki, bu, genişmiqyaslı vətəndaş müharibəsi şərtlərinə şamil edilsin. Suriyalılar bunu özləri həll etməli olacaqlar”.

Kosaçev Rusiyanın Suriyadakı hərbi bazalarındakı şəxsi heyətə də toxunaraq, “Ruslar olaraq bizim əsas vəzifəmiz vətəndaşlarımızın və mülki şəxslərin, o cümlədən diplomatların və onların ailələrinin, təbii ki, orada olan hərbçilərin təhlükəsizliyini təmin etməkdir" deyə bildirib. 


Rusiyanın Tartus və Hmeymim şəhərlərində iki strateji əhəmiyyətli hərbi obyekti var və bu obyektlər hərbi podratçılarının Afrikaya girib-çıxması üçün təmir mərkəzləri və transfer məntəqələri kimi istifadə olunur.

Rusiya Xarici İşlər Nazirliyi dünənki bəyanatında Rusiyanın Suriyadakı hərbi bazalarının müharibəyə hazır olduğunu bildirib.

Rusiya Suriyanın xaosa düşməsinin qarşısını almaq üçün şənbə günü Qətərdə İran və Türkiyə ilə danışıqlar aparıb.

Xarici işlər naziri Sergey Lavrov şənbə günü verdiyi açıqlamada Suriyanın HTŞ-nin nəzarətinə keçməsini istəmədiklərinə diqqət çəkib.