Özbəkistan XİN başçısı Azərbaycan səfiri ilə müzakirə aparıb

Özbəkistanın xarici işlər naziri Baxtiyar Saidov Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazir "X" hesabında yazıb.

O bildirib ki, hər iki ölkə qarşılıqlı münaisbətlərdə misilsiz inkişafın şahidi olurlar.

Nazir qeyd edib ki, Azərbaycan və Özbəkistan ikitərəfli gündəmi inkişaf etdirmək üçün birlikdə çalışacaqlar.