“Bizim regionda çox nümunəvi əlaqələrimiz var”.
Sherg.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, daha böyük imkanlar və potensial var: “Azərbaycan Gürcüstan üçün ən böyük 5 iqtisadi tərəfdaş arasındadır. Gürcüstanla Azərbaycan arasında mühüm layihələrin icrası haqqında da müzakirələr apardıq. Bu, nəinki bizim ölkələrimiz, region üçün böyük layihələrdir. Bu layihələrin əsasında daha böyük strateji layihələr icra edə bilərik. Elektrik kabelləri ilə bağlı layihə həm Gürcüstan, həm Azərbaycan üçün çox mühüm layihədir. Bizim müxtəlif formatlarda əməkdaşlığımız çox vacibdir”.
Nazir yaxın vaxtlarda Gürcüstan-Azərbaycan-Türkiyə XİN rəhbərlərinin görüşünün baş tutacağına ümidini ifadə edib: “Biz əlaqələri daha da dərinləşdirəcəyik”.