
Azərbaycanın bütün ali təhsil ocaqları universitet adlandırılmalıdır - AÇIQLAMA
Yusif Nəzərli
07:35 21.02.2025
Cəmiyyət
424
Təhsil eksperti ən doğrusunu söylədi
Biz qurumlara "universitet", "akademiya", "institut" kimi adların verilməsinə yenidən baxmalıyıq. Bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib: "Azərbaycanın bəzi ali təhsil müəssisələri çox spesifik, ixtisaslı fəaliyyət göstərir. Bir qurumun adını "institut"dan dəyişib "universitet" edəndə ölkədə elm inkişaf etmiş olmur", - nazir bildirib.
Ali təhsil müəssisəsinin institut, akademiya və ya universitet adlandırılmasının onun statusuna təsiri varmı?
Təhsil eksperti Nabatəli Qulamoğlu “Sherg.az”a açıqlamasında deyib ki, institut bir yöndə formalaşan elmi qurum, universitet isə çoxsahəli elmi təhsil müəssisəsidir:

“İnstitut, peşəkar fəaliyyət sahəsindəki mütəxəssislərin təlimini, yenidən hazırlanmasını və peşəkar inkişafını təmin edən təhsil müəssisəsidir. Prinsipcə, institut hətta bir peşə üçün hazırlana bilər. Universitet ən azı yeddi ixtisas üzrə müxtəlif sahələrdə mütəxəssislər hazırlayır. Bundan əlavə, universitet yüksək ixtisaslı mütəxəssislərin, habelə elmi və elmi və pedaqoji kadrların hazırlığını, yenidən hazırlanmasını və qabaqcıl təlimini təmin edir. İnstitut digər təhsil müəssisəsinin bir hissəsi ola bilər, universitet isə həmişə muxtar qurumdur”.
Ekspertin sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən bütün ali məktəblərin adlarında eyniyyət, uyğunluq yaranmalıdır. Qərbdə də ənənə formalaşıb ki, ali təhsil ocaqları universitet adlansın:
“Akademiyada elmi tədqiqatlara böyük üstünlük verilir, fəaliyyətində təhsildən çox tədqiqat yer tutur. İnstitut isə tədqiqat xarakterlidir. Mən Azərbaycanın bütün ali təhsil ocaqlarının universitet adlandırılmasının tərəfdarıyam, bunu doğru sayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol