
Ekspert: Odla zarafat edilməməlidir ki, bayramlar bədbəxt hadisələrlə nəticələnməsin
11:57 04.03.2025
Cəmiyyət
532
Fövqəladə Hallar Nazirliyi Od çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Nazirlik əhalini Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Belə ki:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, Novruz bayramı və çərşənbələr zamanı tonqalın yandırılmasında təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməlidir:

“Tonqalın yandırılma yerinin təyin olunması zamanı elə təyin olunmalıdır ki, ətrafa, insanlara, əmlaka, mülkə zərər dəyməsin. Yəni yanğının ətraf mühitə zərəri olmasın. Bu yer əsasən ağaclardan, binalardan və nəqliyyat vasitələrindən uzaq olmalıdır. Tonqal təşkil olunarkən hündürlüyünün çox olmamasına diqqət yetirilməlidir. Maksimum bir metr, bir metr yarım hündürlükdə tonqalların yandırılması yol veriləndir. Tonqallar təşkil olunarkən yaxınlığında hər hansısa bir hadisələrin baş verməsinin qarşısının alınması üçün hazır su saxlanılmalıdır. Azyaşlılar hündür vəziyyətdəki tonqaldan tullanmamalıdırlar. Onların yalnız söndükdən sonra və yaxud tam yanğın aşağı düşdükdən sonra tonqalın üzərindən tullanması məqsədəuyğun hesab edilir. Çünki bəzi hallarda Novruz bayramı və çərşənbələr ərəfəsində yanıq travmaları ilə xəstəxanalara müraciətlərin sayı çox olur. Bu da birmənalı olaraq tonqalın üzərindən tullama nəticəsində qeydə alınır. Tonqalın ətrafında uşaqların, azyaşlıların və insanların bir-biri ilə zarafat etməsi də bəzən bədbəxt hadisələrə gətirib çıxara bilir. Ona görə də bu məsələlərə xüsusi diqqət yetirilməli, odla zarafat edilməməlidir ki, bayramlar bədbəxt hadisələrlə nəticələnməsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət