Qazax şairinin “Qarabağ”ı
Yusif Nəzərli
07:38 12.03.2025
Ədəbiyyat
723
Qardaş Qazaxıstanın yeni nəsil şairlərindən Sayat Kamşıgerin “Qarabağ” poeması Bakıda - “CN-Poliqraf”da gün üzü görüb.
Sherg.az xəbər verir ki, Xəzərin o tayındakı qardaşımızın “Qarabağ”ı yazması, poemanın Qazaxıstan mətbuatında yayınlanması, Azərbaycanda kitablaşdırılması Qazax-Azərbaycan ədəbi-mədəni bağlarına ydni bir töhfədir. Bu işin məzmunu və səciyyəsi ümumən Türk dünyasının mədəni və ədəbi bağlarına töhfə dəyərindədir. “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi (RHİMİB) ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) birgə təşəbbüsü ilə ərsəyə gələn bu kitab, Qazaxıstan-Azərbaycan dostluğunun, qardaşlığının poetik təcəssümüdür.
Azərbaycanın milli tarixini, Qarabağın qurtuluş və qürur yolunu, şəhidlərimizin qəhrəmanlığını, eləcə də, türk birliyini tərənnüm edən bu poemahəm də, hiss və duyğuların poetik toplusudur. Sayat Kamşıger, DGTYB-nin dəvəti ilə Azərbaycana səfəri zamanı Qarabağ (ümumən Azərbaycan) həqiqətləri ilə yaxından tanış olub, sonra bu mövzuda bir əsər yazacağına dair vədini yerinə yetirərək, “Qarabağ” poemasını qələmə alıb.
Əsərin Azərbaycan dilinə uyğunlaşdırılmasını tanınmış şair-publisist Elşən Əzim, redaktəsini isə Prof.Dr. Rəsmiyyə Sabir həyata keçirib. Layihənin rəhbəri, Qazaxıstanın Uluslararası “Alaş” Ədəbi Mükafatının laureatı Əkbər Qoşalı, önsöz müəllifi RHİMİB başqanı Arzu Bağırova, rəyçilər DGTYB başqanı İntiqam Yaşar ilə Tariyel Əhmədov, koordinatorlar Nilufər Lətif və Etibar Muradxanlı, dizayneri Cəsarət Qasımovdur.
Yaradıcı heyət kitabın, Qarabağın tarixi, mədəniyyəti və qurtuluş yolunu oxuculara çatdırmaqla yanaşı, Qazaxıstan və Azərbaycan arasında ədəbi, mədəni-mənəvi bağların güclənməsinə töhfə verəcəyinə inanır.
Yenicə gün üzü görən, Azərbaycan və qazax oxucuları arasında rəğbət qazanacağına inanılan “Qarabağ”ın Azərbaycanda və Qazaxıstanda tanıtımı nəzərdə tutulur.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət