Lavrov və Mirzoyan telefonla danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Telefon danışığı zamanı tərəflər ikitərəfli, regional və qlobal gündəliyin aktual məsələlərini müzakirə ediblər.

Həmçinin Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasında əldə olunan irəliləyiş rəsmi Moskva tərəfindən yüksək qiymətləndirilib.