Nə ABŞ, nə Avropa bacardı: Kiyev Moskva ilə birbaşa təmaslara başlayır?
Yusif Nəzərli
16:23 25.04.2025
Siyasət
417
“Bild” qəzetinin baş redaktorunun müavini Paul Rontshaymeri bildirib ki, Ukrayna ən pis ssenariyə, xüsusilə də Birləşmiş Ştatların dəstəyinin dayandırılmasına hazırlaşır. "Biz ən pis ssenariyə, yəni ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşırıq”, – Ukrayna hökumətindəki mənbə söyləyib.
Eyni zamanda, mənbə ABŞ Prezidenti Donald Trampın sülh planından məyusluğunu ifadə edib. O qeyd edib ki, Amerika lideri Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərmir və Rusiyaya qarşı sanksiyalar tətbiq etmir.
Ukraynalı diplomat Amerika Prezidenti tərəfindən səsləndirilmiş şərtlərin Kiyev üçün qəbuledilməz olduğunu vurğulayıb.
“Kağız üzərində yazılanlar və danışıqlarda bizə işarə edilənlər qəbuledilməzdir”, – o deyib.
Kiyevin Vaşinqtonun mövqeyindən narazı olması aşağı- yuxarı məlum idi. Çünki nəşrin də qeyd etdiyi kimi, ABŞ Rusiyaya təzyiq göstərmir, Ukraynanı ərazi güzəştinə hazırlayır. Bu, Kiyevin maraqlarına uyğun deyil.
Ən diqqətçəkən məqam Ukraynanın ABŞ- nin dəstəyi dayandırmağa hazır olması ilə bağlıdır. Əgər iddia doğrudursa, deməli, Kiyev Vaşinqtonla razılaşmaq niyyətində deyil. Ona görə də dəstəyin dayandırılmasını real hesab edir. ABŞ bundan əvvəl də Ukraynaya dəstəyi müvəqqəti dayandırmışdı. İndi də eyni şey təkrarlana, daha uzunmüddətli ola bilər. Belə bir vəziyyətdə Ukraynanın Avropadan asılılığı artacaq. Odur ki, Kiyev fərdi şəkildə Avropa dövlətləri ilə və bütövlükdə Avropa İttifaqının (Aİ) özü ilə əlaqələri gücləndirmək istəyə bilər.
Perspektivdə Avropanın Ukraynaya dəstəyi artırması gözləniləndir. Amma bu da birdəfəlik və ideal həll yolu deyil. Çünki bu halda Kiyevin Avropa paytaxtlarından asılılığı artacaq və "onların çaldığı havaya oynayacaq".
Bunları nəzərə alsaq deməliyik ki, perspektivdə Kiyevin Moskva ilə birbaşa danışıqlara cəhd etməsi də real görünür. Çünki nə Avropa, nə də ABŞ Ukraynaya istədiyini verir.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya