CHP Partiya Məclisi İmamoğlu gündəmi ilə toplanacaq

CHP Partiya Məclisi (PM) cümə axşamı İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB)  sədri Əkrəm İmamoğlunun həbsi gündəmi ilə toplanacaq. 

 Sherg.az xəbər verir ki, CHP sədri Özgür Özelin sədrliyi ilə PM toplantısının 27 mart cümə axşamı, saat 11.30-da Ankarada keçirilməsi planlaşdırılır.

CHP lideri Özelin təqdimatı ilə başlayacaq yığıncaqda, təşkilatın nəzarəti altında martın 23-də keçirilən ilkin seçkilərin nəticələrinə uyğun olaraq, mövcud siyasi proseslər və İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun CHP-nin prezidentliyə namizədi olması ilə bağlı proses dəyərləndiriləcək.
Yığıncaqda CHP-nin gündəmində olan məsələlərlə bağlı yol xəritəsi formalaşdırılacaq.