ABŞ Prezidenti Donald Trampın Orta Şərq turundan sonra Türkiyəyə səfər edəcəyi iddiaları gündəmdə qalmağa davam edir. Məlumata görə, Tramp gələn ay Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərlərindən sonra səfər planına Türkiyəni də əlavə etməyi düşünür.
Sherg.az xəbər verir ki, ən son məlumatları CNN Türk-ün Ankara müxbiri Diclə Canova paylaşıb.
“CNN International”ın xəbərində qeyd edilir ki, Trampın Orta Şərq turuna Türkiyəni də daxil etmə ehtimalı var. Hələlik planlaşdırma mərhələsində olan bu səfər üçün konkret tarix açıqlanmayıb. Ankara kuluarlarında Tramp və Ərdoğan arasında telefon danışığında əvvəlcə Ərdoğanın Vaşinqtona getməsi, ardından Trampın Türkiyəyə gəlməsi istiqamətində danışıqlar olduğu bildirilir.
Xarici İşlər Naziri Hakan Fidan, bu mövzuya dair CNN Türk yayımında sualları cavablandırıb:
“Hazırlıq var. Liderlər artıq bu istiqamətdə iradə ortaya qoyub. Harada və nə zaman olacağı üzərində danışırıq. Tramp da gələ bilər, Ərdoğan da gedə bilər.” deyə cavab verib.
Gözlər may və ya iyun ayına çevrilib. Əgər Tramp Orta Şərq turuna may ayında çıxarsa və Türkiyə də bu çərçivəyə daxil edilərsə, səfər mayda ola bilər. Əks halda, Ərdoğanın əvvəl Vaşinqtona getməsi halında, səfər iyun ayına qala bilər.
Bəs, iki liderin gündəmində hansı mövzular olacaq? Əsas müzakirə mövzusu terrorla mübarizə – ABŞ-ın PYD/YPG-yə verdiyi dəstək müzakirə olunacaq.
Bununla yanaşı Suriya və Orta Şərqdəki siyasətlər, Rusiya-Ukrayna müharibəsində Türkiyənin vasitəçilik rolu, ticarət münasibətləri və qarşılıqlı iqtisadi addımlar, İsrailin Qəzzaya hücumları və Fələstin məsələsi də çözüləcək.