ŞKTC Məclisinin komitə sədri: Cənubi Kipr heç bir addım atmır, atmaq niyyəti də yoxdur

“Cənubi Kiprlə sülh var, amma anlaşma, sənəd yoxdur”.
APA xəbər verir ki, bunu TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin Hüquq, siyasi məsələlər, xarici işlər və müdafiə komitəsinin sədri Yasemin Öztürk deyib.
O bildirib ki, savaş istəmirlər: “50 ildir görüşlər keçirilir, amma heç nə əldə edə bilmirik. Cənubi Kipr heç bir addım atmır, atmaq niyyəti də yoxdur. Avropa Birliyi Cənubi Kipri üzv qəbul edib, amma bu, düzgün addım deyil. Bir çox dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən verilən sözlər tutulmur”.