Mirzoyan fransalı həmkarı ilə sülh müqaviləsi barədə danışıb

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mirzoyan bu barədə rəsmi “X” səhifəsində yazıb.

“Söhbət zamanı planlaşdırılan ikitərəfli görüşləri müzakirə etdik. Barronu regiondakı vəziyyət, Azərbaycanla sülh sazişinin imzalanması, Cənubi Qafqazda sülh üçün atılan addımlar barədə məlumatlandırdım”, -Mirzoyan qeyd edib.