
Parlamentari: Birgə Bəyannamə bizə yol göstərən sənəddir
Yusif Nəzərli
02:00 30.04.2025
Siyasət
459
Pezeşkianın Azərbaycana rəsmi səfərinin çox gözəl siyasi nəticələri olduİran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri çox mühüm bir diplomatik hadisə olmaqla yanaşı, həm də tarixi bir səfər kimi mühüm əhəmiyyət daşıyır. Xüsusi qeyd etmək lazımdır ki, Tehranda Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra İranla Azərbaycan arasında ilk dəfə belə yüksək səviyyədə dialoq reallaşdı. İki ölkə prezidentlərinin Bakı görüşünü Azərbaycanla İran arasında münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirən mühüm siyasi gediş də adlandırmaq olar. İran prezidentinin geniş tərkibdə nümayəndə heyəti ilə Bakıya gəlməsi, heyətdə yüksək səviyyəli dövlət adamları ilə yanaşı, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələrinin, İranın şimal-qərbində yerləşən vilayətlərin valilərinin və özəl sektorun müxtəlif sahələrdə çalışan çoxsaylı nümayəndələrinin yer alması faktının özü rəsmi Tehranın Bakı ilə münasibətlərdə yeni səhifə açmağa marağının göstəricisidir. Bu, müxtəlif səpkili amillərlə şərtlənir.
Millət vəkili Əli Məsimli Sherg.az-a deyib ki, Azərbaycan-İran münasibətlərinin əsas səciyyəvi cəhətlərindən bir budur ki, bu münasibətlər çoxşaxəli olmaqla tarixi, siyasi, mədəni və iqtisadi baxımdan olduqca mürəkkəb proseslərdən keçib. Deputatın sözlərinə görə, bu münasibətlərin formalaşması və inkişafında ikitərəfli əlaqələrlə yanaşı, həm regional, həm də qlobal faktorlar mühüm rol oynayıb:

"Bu baxımdan İranın Azərbaycana münasibətdə əlaqələrinin normal məcrada inkişaf istəyi dünyada gedən proseslərin təsiri, yeni dünya düzəninin formalaşması, regionda İran ətrafında yaranan və gərginləşən geosiyasi vəziyyətlə əlaqədardır. Bu kontekstdə Azərbaycanla münasibətlərin normallaşması və etimadın bərpası İran üçün çox mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. İran Prezidenti Məsud Pezeşkian Bakıya səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişafı və problemlərin həlli istiqamətində bir sıra ciddi mesajlar verdi. Danışıqlar zamanı əməkdaşlığın geniş spektrləri müzakirə olunarkən xüsusi vurğulandı ki, yaxın qonşuluq və xalqlar arasındakı tarixi-dini bağlar Azərbaycanla İran arasında davamlı münasibətləri həmişə zəruri edib".
Parlament üzvü vurğulayıb ki, məhz bunun nəticəsidir ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi daim artan xətt üzrə inkişaf edir:
"2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi özündən əvvəlki illə nisbətdə 33 faiz artaraq 647 milyon ABŞ dollarına çatıb. Bunun 633 milyon dollardan çoxunu Azərbaycanın İrandan idxal etdiyi malların, 14 milyon dollarını isə Azərbaycandan İrana ixrac olunmuş məhsulların dəyəri təşkil edib. İki ölkə arasında ticarət dövriyyəsində Azərbaycanın İrana ixracı idxaldan 45 dəfə azdır və bu sahədə mənfi saldo 619 milyon dollar təşkil edir. Ümumiyyətlə isə ticarət əlaqələrinin səviyyəsi hər iki ölkənin potensial imkanlarından aşağıdır. Ona görə ticarət dövriyyəsinin, eləcə də Azərbaycanın İrana ixracını artırmaqdan ötrü siyasi əlaqələrin gücləndirilməsinin məntiqi davamı kimi əlavə tədbirlərin də görülməsinə ehtiyac var. Cənab Pezeşkianın Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir. Bu rəsmi səfərin çox gözəl siyasi nəticələri var. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək istərdim. Çox ciddi və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya