Paşinyan hələ gözləmə mövqeyindədir - RƏY
01:14 20.05.2025
Siyasət
451
İrəvanda Qarabağ separatçıları fəallaşır
İrəvana qaçan keçmiş xunta başçısı Samvel Şahramanyan əski parçası sayılan “fərman” imzalayıb və bununla da, “Artsaxın ləğvi haqqında” 2023-cü il sentyabrın 26-da imzalanmış qərarı qüvvədən salıb. Bu barədə hüquqşünas Roman Yeritsyan öz feysbuk səhifəsində yazıb. Millət vəkili Ceyhun Məmmədov deyib ki, Ermənistan 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlaşır.
Deputat bildirib ki, seçkilər yaxınlaşdıqca, Ermənistan daxilində gərginliyin, qarşıdurmanın artması müşahidə olunacaq: "Keçmiş separatçı qüvvələr, revanşistlər bir araya gələrək, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa cəhd edirlər. Bu proses, əslində, indiki məqamda Ermənistanın öz əleyhinə işləyən prosesdir. Görünən odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da bu proseslərin qarşısını tam ala bilmir. Deyə bilərik ki, erməni xalqının eyni məğlubiyyəti, eyni acı aqibəti yaşaması üçün separatçılar tərəfindən təhlükəli oyunların icrasına başlanılıb. Ermənilər yaxşı olar ki, ötən illərdə yaşananlardan düzgün nəticə çıxarsınlar. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı 30 ilə yaxın müddətdə heç nə əldə edə bilmədi. İşğalçılıq, separatçılıq birbaşa ermənilərin əleyhinə işlədi".
Parlamentari qeyd edib ki, N.Paşinyan hələ gözləmə mövqeyindədir, baş verənləri müşahidə edir:
"Seçkilər yaxınlaşdıqca, baş nazir öz siyasi rəqiblərini səhnədən uzaqlaşdırmaq üçün real addımların atılmasına başlayacaq, bir sıra tədbirlər həyata keçiriləcək. Yəni qeyd etdiyim kimi, baş verənlər qarşıdakı seçkilərə hesablanıb. Ermənistanda hamı fərqindədir ki, Azərbaycanla müharibə aparmaq gücündə deyillər. Növbəti müharibə Ermənistana çox baha başa gələ bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat