
Sanksiyalar bitir, gizli danışıqlar başlayır? - ŞƏRH
Yusif Nəzərli
04:38 03.06.2025
Gündəm
358
Turan Rzayev: “İranın nüvə proqramına nəzarət mümkün deyil”
Ağ Evin mətbuat katibi Karolina Levitt Milli Təhlükəsizlik Şurası, Maliyyə Departamenti və Dövlət Departamentindəki yüksək vəzifəli rəsmilərə İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı bütün işlərin dayandırılması barədə məlumat verib. Məlumata görə, ABŞ Prezidenti Donald Trampın İrana maksimum təzyiq tətbiq etmək siyasəti dondurulub. Bildirilib ki, Tramp bu strategiyadan 2017-2021-ci illərdə də istifadə edib və yanvarda Ağ Evə qayıtdıqdan sonra onu bərpa edib. Qeyd edək ki, ABŞ İrana qarşı son sanksiyanı may ayında tətbiq etmişdi. HƏMAS-ın Tehrandakı nümayəndəsi Xalid əl-Qudumi deyib ki, ABŞ ilə İran arasında razılaşmanın əldə olunması onların xeyrinədir: "ABŞ ilə İran arasında razılaşmanın əldə olunması İranın güclənməsi və Fələstinə daha çox dəstək verməsinə səbəb olacaq".

Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, ABŞ-nin İranla bağlı məsələyə yanaşması başadüşüləndir. Ekspert diqqət çəkib ki, ABŞ birmənalı olaraq İranın nüvə silahına sahib olmasını istəmir:
"İran tərəfi bütün açıqlamalarda "uran dinc məqsədlər üçün zənginləşdirilir" vurğulansa da, burada heç bir qarant yoxdur: "İran tərəfi bu məsələyə nəzarət edəcək hansısa komissiyanı, yoxlama və nəzarəti qəbul etmir. Tehranın təklif etdiyi razılaşmalarda da hər hansı komissiyanın nəzarəti ilə bağlı müddəa yer almır. Ümumiyyətlə, İran Qərbi bu məsələdə arxayın etsə belə uranı zənginləşdirərək hərbi məqsədlər üçün istifadə etməyəcəyi inandırıcı deyil. İndiki məqamda İranın nüvə silahını əldə etməsi regional təhlükəsizlik və ABŞ-nin maraqları baxımından risklidir. Buna görə də Vaşintqon məsələlərə daha detalcı yanaşır və ictimaiyyətə açıqlanmayan məsələlər üzrə İranla danışıqlara gedir".
Siyasi şərhçinin qənaətincə, İranın mövqeyi dedikdə daha çox ali dini rəhbərin mövqeyi şərh edilməlidir:
"Bəzən Prezident Məsud Pezeşkianın açıqlamalarında daha pozitiv mesajların şahidi oluruq. Ancaq ardınca dövriyyəyə buraxılan informasiyalar göstərir ki, İran, daha doğrusu, ali dini rəhbərliyin mövqeyi başqadır. Görünən odur ki, İran nüvə silahı məsələsində israrına davam edəcək. Bu, İran üçün prioritet məsələdir. Bu, həm də İranın təhlükəsizliyi baxımından vacib sayılır. Çünki İrana qarşı beynəlxalq koalisiyanın qurulmayacağının da qarantı yoxdur. İsrailin əsas məqsədi İranla açıq savaşa girməkdir. Donald Tramp açıq şəkildə bəyan edir ki, o, İranla müharibə etmək niyyətində deyil. Trampın siyasəti tamam başqadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya