Paşinyan Göy Məscidi ziyarət etdi - FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Türkiyəyə səfəri zamanı İstanbuldakı Göy Məscidi ziyarət edib.

Teleqraf yerli mediaya istinadən xəbər verir ki, o, bundan əvvəl İstanbulda Erməni Apostol Kilsəsinin Müqəddəs Ana Allah Patriarxal Kilsəsini ziyarət edib, İstanbulun erməni icmasının üzvləri ilə görüşüb.

İyunun 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü gözlənilir.