
Politoloq: Sübhani birbaşa erməni müxalifətinin dili ilə danışır
Yusif Nəzərli
09:32 29.06.2025
Siyasət
473
"İran Ermənistanın ərazi bütövlüyü və suverenliyinə yönəlmiş istənilən iddianı qətiyyətlə rədd edir". Bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib. Bundan başqa, Sübhani İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnaməyə qarşı çıxıb: "Bir ölkənin digər ölkəyə qarşı ərazi iddialarını əks etdirə biləcək “yalan və saxta ifadələr” bizim üçün qəbuledilməzdir. Bu cür “uydurma və yanlış terminlərin” (İran səfiri qətnaməni bu cür təsvir edib - red.) istifadəsi regionda dinc birgəyaşayışa və mehriban qonşuluğa ziddir. Ona görə də bu tip ifadələrdən çəkinmək lazımdır. “Qərbi Azərbaycan” – İran İslam Respublikasının bir əyalətinin adıdır. Bu adın başqa bir coğrafi bölgəyə, xüsusilə də hər hansı formada ərazi iddialarını ehtiva edəcək şəkildə tətbiqi yolverilməzdir”. Onun sözlərinə görə, İranın Ermənistana münasibətdə mövqeyi dəyişməz olaraq qalır: “İran İslam Respublikası Ermənistanın ərazi bütövlüyünü və milli suverenliyini dəstəkləyir. Biz tövsiyə edirik ki, bu cür özfəaliyyət xarakterli “tarixi iddialar” regionda sülhün bərqərar olmasına mane olmasın”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani birbaşa erməni müxalifətinin dili ilə danışır. Ekspert vurğulayıb ki, onun mövqeyi birbaşa İran Azərbaycan əlaqələrinin normallaşmasını sabotaj edir:

"Mehdi Sübhani İsrail PUA-lanın guya Azərbaycandan İranı vurduğunu qeyd edib. Bununla bağlı rəsmi Bakı İran xarici işlər nazirliyindən izahat tələb etməlidir. Hazırda İran zəifləmiş və "qüruru" sındırılmış öz daxili problemlərinə çəkilmiş dövlətdir. M.Sübhani 12 İyundan sonra, İranın İsrail qarşısında məğlub olduğunu anlamaq istəmir. İranım mühafizəkar sistemi Güney Azərbaycan faktoruna görə Azərbaycan Respublikasını hədəf almaqdan çəkinmir. İranın "Səhər TV" kanalı bu fonda Azərbaycana qarşı informasiya müharibəsi aparır".
Analitik qeyd edib ki, İranın Ermənistandakı səfiri Azərbaycana qarşı düşmən münasibət sərgiləyir:
"Amma, səfiri olduğu ölkənin baş naziri Nikol Paşinyan Azərbaycanla normallaşma prosesinə can atır. Azərbaycan İran tərəfindən bu səfirin geri çağırılmasını tələb etməlidir. İran tərəfi regionda öz siyasətində korrektlər etmək istəyirsə, Sübhanini səfir vəzifəsindən azad etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm