Türkiyənin vitse-prezidenti: Çevrilişlərin tarixi 15 iyulla qapandı
Yusif Nəzərli
07:32 16.07.2025
Dünya
281
Türkiyə vitse-prezidenti Cevdet Yılmaz 15 iyul dövlət çevrilişinə cəhdin arxasında xaricdəki dairələrin durduğunu bəyan edib.
APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Cevdet Yılmaz bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı təşkil etdiyi “Yaddaş, ədalət və gələcək” panelində bəyan edib.
Türkiyə vitse-prezidenti deyib ki, 15 iyulun arxa planına daha dərindən baxmaq lazımdır: “İlk öncə tariximizi unutmamalıyıq. Tarixi unudan xalqın gələcəyi olmaz. Çevrilişlərin tarixi 15 iyulla qapandı. 15 iyulda Türkiyə Böyük Millət Məclisi, Prezident Sarayı əsgər paltarı geyinmiş xainlər tərəfindən bombalandı. Bu iki məkanın bombalanması təsadüfi deyil. Düşmən belə parlamentləri bombalamaqdan yayınır, FETÖ terror təşkilatı isə əksini etdi. Çevrilişlər, çevrilişlərə cəhdlər xalqın iradəsinə qarşıdır, buna görə də bu, xaricdəki dairələrin, həmin dairələrin əlaltılarının milli iradəyə qarşı çıxmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə