
Politoloq: Çinlə hərbi əməkdaşlığın dərinləşdirilməsi böyük hadisədir
Yusif Nəzərli
05:10 31.07.2025
Siyasət
387
Nəhəng bir güclə strateji tərəfdaş olmaq həm də beynəlxalq səviyyədə Azərbaycanın qlobal güc tərəfindən dəstəklənməsi anlamına gəlir
Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 98-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Çin-Azərbaycan arasında hərbi əməkdaşlıqdan danışıb. Polkovnikin sözlərinə görə, diplomatik münasibətlər qurulandan bəri iki ölkə arasında hərbi əlaqələr ardıcıl olaraq möhkəmlənib, ikitərəfli əməkdaşlıq üçün mühüm bazaya çevrilib. Çin rəsmisi qeyd edib ki, yüksək səviyyəli mübadilə, hərbi-texniki əməkdaşlıq, o cümlədən hərbi kadrların hazırlanması və təhsili sahələrində bir sıra əməli və səmərəli tədbirlər həyata keçirilib: "Bu əməkdaşlıq təkcə hərbi qulluqçularımızın peşəkarlıq səviyyəsini yüksəltməyib, həm də Çin və Azərbaycan silahlı qüvvələri arasında qarşılıqlı anlaşma və etimadı dərinləşdirib". Sun Çjun qeyd edib ki, son vaxtlar Çin Xalq Respublikasının sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunmuş mühüm konsensus müdafiə sektorunda əməkdaşlığın inkişafına əlavə təkan verəcək: "Hərbi attaşe kimi mən tam əminəm ki, iki ölkə liderlərinin rəhbərliyi altında və tərəflərin birgə səyləri ilə Çin-Azərbaycan hərbi əməkdaşlığı daha da möhtəşəm nəticələr əldə edəcək".
Çin və Azərbaycanın hərbi əməkdaşlığını Sherg.az-a dəyərləndirən politoloq Natiq Miri "Şərq"ə deyib ki, Çin bu gün texnoloji cəhətdən öndə gedən bəlkə də iki ölkədən biridir. Ekspert vurğulayıb ki, Çinin texnoloji inkişafı davamlı prosesdir:

"Bu baxımdan Çin hərbi cəhətdən də inkişaf yolundadır. Ən müasir silahları istehsal etməklə bərabər strateji tərəfdaş saydığı ölkələrə də bu silahları sata bilir. Pakistanın Azərbaycana satdığı qırıcı təyyarələr Çin-Pakistan birgə istehsalının məhsuludur. Əgər Çin dövlətinin razılığı olmasaydı, həmin qırıcılar Azərbaycana satıla bilməzdi. Pakistan-Çin ortaq istehsalı olan "C-17" qırıcılarının alınması Azərbaycanın hava qüvvətlərini gücləndirməklə bərabər həm də digər üstünlüklər vəd edir. Ən əsası Azərbaycanın müdafiə potensialını, təhlükəsizliyini artırır, perspektivlər vəd edir. Həm də onu göstərir ki, Azərbaycan artıq yüksək texnoloji bacarıqlara malik Çin hərbi texnikalarına diqqəti artırır".
N.Miri əlavə edib ki, gələcəkdə ən müasir silahların Çindən alınması ilə yanaşı, Çinlə birgə ortaq müəssisələrin yaradılması da mümkündür:
"Nəhayət, Çin kimi nəhəng bir güclə strateji tərəfdaş olmaq həm də beynəlxalq səviyyədə Azərbaycanın qlobal güc tərəfindən dəstəklənməsi anlamına gəlir. Unutmayaq ki, Çin BMT-nin 5 daimi üzvündən biridir. O baxımdan Çinlə münasibətlərin, xüsusən hərbi əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın hərbi təchizatına mühüm töhfələr verəcək. Azərbaycan Çinlə bütün sahələrdə əməkdaşlıqda maraqlıdır. Çin də Azərbaycana, ələlxüsus bərpaolunan enerji sektoruna sərmayə qoymaqda maraqlı olan ölkələrdəndir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media