Böyük Britaniya hökumətində yeni təyinatlar - YENİLƏNİB

Böyük Britaniyanın Baş naziri Key Starmer hökumətdə dəyişikliklər edib.

Teleqraf xəbər verir ki, Starmer Daxili işlər naziri İvet Kuperi Xarici işlər naziri vəzifəsinə təyin edib.

Xarici işlər naziri Devid Lammi isə Baş nazirin müavini və ədliyyə naziri təyin edilib.

Ədliyyə naziri Şabana Mahmud daxili işlər naziri təyin olunub.

Maliyyə naziri Reyçel Rivz öz vəzifəsində qalıb.

İcmalar Palatasının spikeri Lüsi Pauell və Şotlandiya üzrə nazir İan Mörrey vəzifədən azad ediliblər.

Qeyd edək ki, Böyük Britaniyanın Baş nazirinin müavini Ancela Reyner İngiltərənin cənubundakı Houv kurort şəhərində mənzil alarkən vergi rüsumunu ödəmədiyini etiraf etdikdən sonra cümə günü istefa verib.


***

19:30

Sentyabrın 5-də Böyük Britaniyanın Baş naziri Key Starmer hökumətdə dəyişiklik edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" mənbələrə istinadən məlumat verib.

Qeyd edilib ki, ölkənin xarici işlər naziri Devid Lamminin istefası qəbul ediləcək. Onun yerinə Daxili işlər naziri İvet Kuper təyin ediləcək. Ehtimal olunur ki, Ədliyyə naziri Şabana Mahmud yeni daxili işlər naziri olacaq.