Düşənbədə Əliyev və Putin üçün ən mötəbər məkan seçildi, xüsusi tərzdə bəzədildi
11:01 09.10.2025
Siyasət
360
Bu gün Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putinin danışıqları keçiriləcək hökumət iqamətgahının ərazisi xüsusi tərzdə bəzədilib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, iqamətgahın həyəti müxtəlif meyvə və tərəvəzlərdən hazırlanmış böyük instalyasiyalarla bəzədilib.
Giriş hissəsində qarğıdalı, balqabaq, kələm, badımcan və müxtəlif növ bibərlərdən ibarət kompozisiyalar düzülüb. Çəmənlikdə almalar, portağallar, limonlar və üzüm dənələri ilə bədii naxışlar yaradılıb. Uzaq hissədə isə qarpız və yemişlərdən ucaldılmış piramidalar yerləşdirilib.
İqamətgahın giriş qapısı gül instalyasiyaları ilə bəzədilib, qonaqları isə qırmızı güllərdən hazırlanmış iri arka qarşılayır.
Qeyd edək ki, Düşənbədəki hökumət iqamətgahı Tacikistanın ən mötəbər rəsmi binalarından biridir. Burada dövlət başçılarının görüşləri, beynəlxalq konfranslar və yüksək səviyyəli tədbirlər keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya