
Paşinyan hakimiyyəti itirsə, həyatı da risk altındadır - TƏHLİL
10:49 06.11.2025
Siyasət
386
“Kreml milyarder Karapetyanı Paşinyanın alternativi kimi hazırlayır”
Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkiləri üçün namizədliyini irəli sürüb. Paşinyan bununla bağlı rəsmi feysbuk hesabında paylaşım edib. Baş nazir hakim Vətəndaş Müqaviləsi Partiyasından namizədliyini irəli sürdüyünü açıqlayıb. Paşinyanın ardınca Ermənistan Parlamentinin spikeri Alen Simonyan da feysbuk hesabında yazıb ki, həmin partiyadan onun namizədliyi irəli sürülüb.
Vətəndaş Müqaviləsi Partiyası seçkilərdə namizəd olmaq istəyən üzvlərini noyabrın 30-dək öz namizədliklərini təsdiqləməyə çağırıb. Seçkilərdə iştirakla bağlı niyyətini bildirənlər arasında Ermənistanın sabiq Prezidenti Robert Koçaryan da var. Koçaryanın tərəfdarları “Hayastan” bloku çərçivəsində seçkilərə qatılmağı planlaşdırır. Bundan başqa, sabiq ombudsman Arman Tatoyan və digər siyasətçilər də seçki marafonuna qoşulacaqlarını bəyan ediblər. Sonuncu rəy sorğuları Nikol Paşinyanın müxalif rəqibləri ilə müqayisədə öndə olduğunu göstərir. Bu baxımdan, hazırkı baş nazirin digərlərinə nisbətdə qələbə şansı yüksək dəyərləndirilir.

Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında deyib ki, Ermənistan artıq həlledici mərhələyə daxil olub. Ölkədə gələn ilin yayında keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq prosesi gedir. Ekspert vurğulayıb ki, erməni müxalifəti seçkilərdə hələlik vahid namizədlə iştirak etmək fikrində deyil:
"Məlumatlara görə, "Hayastan" blokundan Robert Koçaryan öz namizədliyini irəli sürür, seçkilərə qatılacağını bildirir. Baxmayaraq ki, Koçaryanın bloku ötən seçkilərdə məğlub olmuşdu. Digər namizəd Serj Sarkisyanın "Şərəfim var" fraksiyasının, Respublika Partiyasının nümayəndəsi, Masis meri David Ambartsumyandır. Bu adam korrupsiya cinayətinə görə istintaq altındadır. Önəmli fiqurlardan biri hazırda həbsdə olan milyarder Samvel Karapetyandır. O da öz siyasi təşkilatını yaradıb. Ermənistanın keçmiş ombudsmanı, faşist və revanşist düşərgənin önəmli simalarından biri, müxalifətin ən çox ümid bəslədəyi fiqur Armen Tatoyan da namizədliyini irəli sürüb. Adıçəkilən şəxslər və onların tərəfdarları seçkidə şanslarının olduqlarına inanır, ictimaiyyət arasında təbliğat aparırlar. Bunların hamısı "Rusiyanın adamları" kateqoriyasına aid qruplardır. Seçki yaxınlaşdıqca Rusiyanın bu qrupların hamısını bir dam altında toplayacağı, yoxsa konkret bir qrupa dəstək verəcəyi bəlli olacaq. Əslində, 2021-ci il seçkilərində də Nikol Paşinyanın mövqeləri heç də möhkəm deyildi. Əksinə, savaşdan məğlub çıxmış baş nazirdən, hökumətə yönəlik aylarla davam edən etiraz aksiyalarından və hərbçilərin çevriliş cəhdindən söhbət gedirdi. 40-dan artıq yüksək rütbəli zabit bəyanat yayaraq Paşinyanı istefaya çağırırdı. Bunlara rəğmən, seçkidə Paşinyan kifayət qədər parlaq qələbə qazandı, parlamentdə üçdə iki səs çoxluğuna sahib oldu".
O.Qasımov əlavə edib ki, hazırda Paşinyanın reytinqi xeyli aşağı düşüb:
"Amma buna paralel müxalif düşərgədə olan liderlərin reytinqi artmayıb. Paşinyan üçün müəyyən qədər baş ağrısı ola biləcək şəxs Samvel Karapetyandır. Rusiyada fəaliyyət göstərmiş milyarderin maliyyə resursları kifayət qədər çoxdur. Moskvanın himayəsində olan, Kremlin dəstəyini qazanmış şəxs kimi dəyərləndirilir. Görünən odur ki, Moskva Kilsəni də Karapetyana dəstək üçün yönləndirib. Paşinyanın hazırda Kilsə ilə apardığı amansız mübarizə bununla bağlıdır. Karapetyan erməni cəmiyyətində müəyyən qədər imicə malikdir. Onun qarşısında yeganə əngəl həbsdə olması, barəsində gedən istintaqdır. Ancaq Ermənistan qanunvericiliyi həbsdə olan şəxsin öz namizədliyini irəli sürməsinə qadağa qoymur. Bütün hallarda Paşinyanın atdığı addımlar, davranışlar göstərir ki, baş nazir rəqiblərinə güzəştə getmək niyyətində deyil. Paşinyan hakimiyyəti itirəcəyini ağlından belə keçirtmir. Dəqiq bilir ki, seçkiləri uduzmaq, hakimiyyətdən getmək nəinki siyasi fəaliyyətini, fiziki həyatını da risk altında qoyacaq. Nəzərə alaq ki, son dönəmlərdə Paşinyana qarşı sui-qəsd çağırışları gündəmə gəlməkdədir. R.Koçaryan isə Rusiyanın Ermənistandakı ən sadiq adamlarındandır. Moskvaya bu yaxınlarda səfəri Kremldən dəstək almaq niyyəti daşıyırdı. 2022-ci ilin fevralında da Rusiyaya səfər edərək, birinci kanalda müsahibə vermişdi. Ancaq bu dəfə fərqli yanaşma müşahidə edirik. Görünür, Rusiya seçkilərdə fərqli simalarla işləmək istəyir".
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media