ABŞ demokratiyanın “D”-sini də bilmir: “Hələ heç bir ölkəyə xoşbəxtlik gətirməyib”
Banuçiçək Kalbalıyeva
12:30 18.08.2021
Siyasət
846
“ABŞ və Qərb dünyaya "demokratiya" yayır. Əfqanıstan ən "parlaq" örnəkdir”
Bu sözləri Müstəqil Mətbuat Mərkəzi İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı:
“ABŞ dünyada demokratiyanın yayılması və insan hüquqlarının, söz azadlığının qorunması missiyasını öz üzərinə götürüb. Uzun illərdən bəri Ağ Ev bu missiyadan ABŞ-ın beynəlxalq maraqları çərçivəsində istifadə edir. Ancaq hələlik dünyada heç bir dövlət və xalq ABŞ-ın bu "missiya"sından xeyir görməyib. Halbuki, bu "missiya" ucbatından fəlakətə və xaosa sürüklənən dövlətlər və xalqlar kifayət qədərdir. Vaxtilə İraq prezidenti Səddam Hüseyn ABŞ-ın Yaxın Şərqdəki maraqlarına müqavimət göstərməyə cəsarət etdi. ABŞ onu dərhal dünyanın ən təhlükəli diktatoru elan etdi. Ağ Ev İraq xalqını Səddam Hüseyn diktaturasından xilas etmək, bu ölkəyə demokratiya gətirmək bəhanəsi ilə hərbi müdaxilə qərarı verdi. Bundan sonra İraqın başına gələnlər bütün dünyaya məlumdur. İraqda uzun illər xaos hökm sürdü, bu ölkə beynəlxalq terrorizm məkanına çevrildi. İraqın zəngin enerji resursları isə ABŞ-ın ixtiyarına keçdi. Düzdür, sonradan Ağ Ev İraqda ABŞ-ın bütün təlimatlarını qeyd-şərtsiz icra edən oyuncaq hökumət formalaşdırdı. Ancaq bu hökumətin elə indinin özündə də siyasi iradəsi paytaxt Bağdaddan və ABŞ hərbi kontingentinin olduğu yaşayış məntəqələrindən uzağa getmir. Bu isə o deməkdir ki, ABŞ qoşunları İraqdan çıxdıqdan sonra dərhal bu ölkədə daxili savaşın başlanması, uzunmüddətli xaosun hökm sürə biləcəyi qətiyyən istisna deyil”.
O, Ağ evin yalnız sözdə demokratik olduğunu faktlarla izah etdi:
“Eyni hadisələr Suriyada da baş verdi. Ağ Ev Suriya prezidenti Bəşər Əsədi diktaturada ittiham etdi, bu ölkəyə qoşun yeritdi. Suriyalılara demokratik dövlət vəd olunsa da, indi həmin ölkə dünyanın xaos və terror məkanına çevrilib. ABŞ və Qərb Liviyada xalqa demokratiya vəd verib, prezident Müəmmar Qəddafini devirdi. Ancaq demokratiyadan hələ də əsər-əlamət yoxdur. Əksinə, Liviya sonu görünməyən vətəndaş müharibəsinin girovuna çevrilib. Elə Əfqanıstan da Ağ Evin "demokratiya hədiyyəsi"nin qurbanıdır. Bu ölkəni Taliban fəlakətindən xilas edib, demokratik dövlət quracağını vəd edən ABŞ Əfqanıstana qoşun yeritdi. 20 ildən sonra Əfqanıstanı tərk edib, ölkəni elə həmin Talibana təhvil verdi. Yəni, ABŞ Əfqanıstana girərkən orada xalqa zülm edən Taliban var idi. ABŞ çıxanda da Taliban var. Ancaq əfqan xalqına vəd olunan demokratiya isə yoxdur. Belə misalları artırmaq da olar. Ancaq gəlinən nəticə ondan ibarətdir ki, ABŞ hələ heç bir ölkəyə demokratiya və xoşbəxtlik gətirməyib. ABŞ əsgərlərinin ayağı dəyən bütün ölkələrdə həmişə fəlakət və xaos hökm sürür. Artıq dünya xalqları anlamalıdır ki, ABŞ-ın "demokratiya bombaları" yalnız xaos bəxş edir. Ağ Evdən "demokratiya dilənmək" fəlakət və xaosa dəvətnamə göndərməkdən başqa bir şey deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm
Azərbaycanla Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub
18:05 29.07.2026
Region
Hamıya kök hüceyrə vurmaq olmaz - Həkimdən vacib AÇIQLAMA
18:03 29.07.2026
Sağlamlıq
Medvedev: Rusiyanı xilas etməyin ancaq bir yolu var
17:58 29.07.2026
Dünya
Qırğızıstan-Özbəkistan sərhədində gizli tunel aşkar edilib
17:49 29.07.2026
Dünya