Ağdam-Xankəndi marşrutundan başqa yol olmayacaq - Politoloq
Ağdam-Xankəndi marşrutundan başqa yol olmayacaq - Politoloq
Yusif Nəzərli
10:16 28.07.2023
Siyasət
628
Ermənilər reallıq hissinə qayıtmalı və dünya ictimaiyyətini aldatmağa yönələn oyunları dayandırmalıdırlar
"Ermənistan həmişəki ampluasındadır. Bu ölkənin Azərbaycana qarşı absurd hərəkətləri və təxribatları davam edir".
Bu sözləri "Sherg.az"a Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq Əlisahib Hüseynov deyib. Ekspert bildirib ki, Ermənistan hökuməti tərəfindən "humanitar yük" adı ilə göndərilən 19 yük maşını rəsmi İrəvanın növbəti təxribat cəhdindən başqa bir şey deyil: "Sözügedən “humanitar yardım” şousunun Azərbaycana qarşı təzyiq vasitəsi kimi nəzərdə tutulduğu məlumdur. Ermənistan hökuməti bununla Xankəndidəki erməni icmasının guya "blokada"da saxlanılması və “humanitar fəlakət”lə üzləşməsi görüntüsünü yaratmağa çalışır.
Ancaq Ermənistanın bu cür hiyləgər planları növbəti dəfə fiasko ilə üzləşməyə məhkumdur. Beynəlxalq ictimaiyyəti bu cür məkrli oyunlarla çaşdırmaq və aldatmaq cəhdi gözlənilən nəticəni verməyəcək.
Çünki Azərbaycan Qarabağdakı ermənilərin zəruri ərzaq və digər məhsullar ilə təmin edilməsi üçün Ağdam-Xankəndi və başqa alternativ yollardan istifadə edilməsi təklifi ilə çıxış etməklə rəsmi İrəvanın və separatçıların hiyləgər oyunlarını qabaqcadan neytrallaşdırıb. Bu mənada, Prezidentin köməkçisi Hikmət Hacıyevin "Başqa yol yoxdur. Oyun bitdi!” mesajını verməsi heç də təsadüfi deyil. Bəli, oyun həqiqətən də bitib".
Analitik xatırladıb ki, Bakının alternativ yol kimi Ağdam-Xankəndi marşrutunu təklif etməsi Avropa İttifaqı, BQXK daxil olmaqla əksər beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanıb:
"Ermənistan tərəfinin və Xankəndidəki separatçı şəxslərin yolları bağlayaraq yüklərin daşınmasının qarşısını almağa çalışması və “gərgin humanitar vəziyyət” barədə miflər uydurmağa davam etməsi Don Kixotun yel dəyirmanı ilə mənasız mübarizəsinə bənzəyir. Ermənilər reallıq hissinə qayıtmalı və dünya ictimaiyyətini aldatmağa yönələn oyunları dayandırmalıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət