
Aİ missiyası daha 2 il "binokl"la Azərbaycanı izləyəcək -Politoloq
Yusif Nəzərli
11:24 16.03.2024
Siyasət
559
Onlar əldə etdiyi məlumatları qarşı tərəfə, öz bağlı olduqları mərkəzlərə ötürürlər
“Ola bilər, gələcəkdə bu missiya transformasiya olunsun və yarımhərbi missiyaya çevrilsin”
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası monitorinq pərdəsi altında Azərbaycana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur. Bu iddia ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib. Diplomat bildirib ki, Aİ-nin Ermənistandakı müşahidə missiyası Ermənistanın sərhədlərini qorumur. Əksinə, monitorinq pərdəsi altında qonşu ölkələrə, təkcə Rusiyaya deyil, həm də Azərbaycana və İrana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olur. Onun sözlərinə görə, İrəvanın hazırkı kursunun davam etdirilməsi Ermənistanın suverenliyi üçün ciddi risklər yaradır: “İrəvanın hazırkı kursunun davam etdirilməsi son nəticədə Rusiya və Ermənistan arasında müttəfiqlik münasibətlərinə düzəlməz ziyan vura bilər, respublikanın suverenliyi üçün ciddi risklər yarada bilər, ölkənin təhlükəsizliyinin təmin edilməsinin mövcud effektiv mexanizmini tamamilə məhv edə bilər”.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, Avropa İttifaqının "xüsusi missiyası"nın nümayəndələri əllərində "binokl"la Azərbaycan mövqelərini izləyirlərsə, deməli, onlarla bağlı iddialar əsassız deyil. Ekspertin sözlərinə görə, missiya əldə etdiyi məlumatları qarşı tərəfə, öz bağlı olduqları mərkəzlərə ötürürlər:
"Bu da o deməkdir ki, missiyanın əsas məqsədi şərti sərhədlərdə Azərbaycana nəzarət mexanizmini həyata keçirməkdir. Ola bilər, gələcəkdə bu missiya transformasiya olunsun və yarımhərbi missiyaya çevrilsin. Rusiya rəsmisi öz mövqelərindən çıxış edərək Aİ missiyasının onlar üçün təhlükə olduğunu vurğulayır. Amma müəyyən mənada təhdidlərin Azərbaycan üçün də olduğunu biz özümüz dəfələrlə bəyan etmişik. Əgər Aİ missiyası şəffaf və obyektiv fəaliyyət göstərmək istəyirsə, öz funksiyasını Azərbaycanla da əlaqələndirməlidir. Qərbi təmsil edən bir qruplaşmanın İranı da narahat etməsi təbiidir. İran rəsmiləri ardıcıl açıqlama verirlər ki, regiondan kənar qüvvələrin bölgəyə gətirilməsi və onların funksiyasının genişləndirilməsi risklidir. Görünən odur ki, missiyanın varlığı regional iştirakçıları ciddi narahat etməkdədir. Bölgə dövlətləri çalışır ki, qeyri-regional oyunçuların bölgəyə müdaxiləsinə imkan verilməsin, amma hələki bu, alınmır".

İ.Vəlizadə vurğulayıb ki, Ermənistan tərəfinin və Qərb dairələrinin açıqlamasından göründüyü kimi Aİ missiyası öz fəaliyyətini tezliklə sonlandırmaq niyyətində deyil:
"Ermənistan Baş naziri Nikol Paşinyan açıq formada ifadə etdi ki, Aİ-nin xüsusi missiyası öz işini davam etdirəcək. Təbii ki, Qərb ölkələri də bunda maraqlıdır. Hətta müddəti daha 2 il uzatmaq istəyirlər. Bu məsələ Avropa Parlamentinin Ermənistanla bağlı qəbul etdiyi qətnamədə də əks olunmuşdu. Amma bundan öncə Avropa İttifaqının rəsmisi demişdi ki, sülh müqaviləsi imzalanarsa, missiya geri çağırıla bilər. Belə çıxır ki, qarşı tərəf hələ 2 il ərzində sülh sazişini imzalamağı düşünmür? Yaxud görünən odur ki, saziş imzalansa belə, missiya Ermənistanda fəaliyyətini davam etdirəcək. Qərb Aİ-nin xüsusi missiyasının adını formal dəyişdirməklə əsas funksiyasını icra etməyə davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya
Lavrov Tehrana səfər edəcək
12:34 13.07.2026
Region
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
12:10 13.07.2026
Rəsmi
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:04 13.07.2026
Rəsmi
Moskvaya doğru 350 PUA buraxıldı
11:57 13.07.2026
Dünya
Ağrı dağında itkin düşən qadından acı xəbər
11:39 13.07.2026
Hadisə
Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
11:21 13.07.2026
Gündəm
Həkim meduza yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıb
10:51 13.07.2026
Sağlamlıq
Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
10:35 13.07.2026
Hadisə