
Analitik: Bundan sonra da Qazaxıstan-Azərbaycan strateji əməkdaşlığı güclənəcək
11:04 11.03.2024
Siyasət
483
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.
Bu barədə Prezidentin Mətbuat Xitməti məlumat yayıb.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən siyasi şərhçi Turab Rzayev bildirib ki, indiki dövrdə Azərbaycan və Qazaxıstan münasibətləri həddindən artıq strateji xarakter alıb:
“Qazaxıstanla Azərbaycan arasında Ali Dövlətlərarası Şuranın ilk iclası Bakıda keçrilir. Bu isə iki ölkə əlaqələrinin hansı səviyyəyə yüksəlməsinin ən bariz nümunəsidir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında dərin tarixi, siyasi, iqtisadi birlik var. Qazaxıstan, Özbəkistan və digər türk dövlətləri həm dil, həm din cəhətdən bizə qardaş ölkələrdir. 44 günlük Qarabağ müharibəsindən sonra bu dövlətlər ilə Azərbaycan arasında xüsusi yaxınlaşma oldu. Həmin dövlətlər Azərbaycana daha böyük simpatiya ilə baxmağa başladılar. Onlar düşündülər ki, Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığına, gücünə arxalana bilərlər. Hazırda Özbəkistan, Qazaxıstan, Qırğızıstanın Azərbaycan və Türkiyə ilə ciddi şəkildə iqtisadi, siyasi, hərbi əməkdaşlığı mövcuddur. Rusiya-Ukrayna müharibəsindən sonra isə bu ölkələrdən Azərbaycana gələn mal və xidmətlərin dəyəri üç dəfə artıb.

Ekspert qeyd edib ki, son dövrlər dünya ölkələrinin Mərkəzi Asiya regionuna maraqlarının artdığının şahidi oluruq:
“Bütün artan siyasi təyziqlər və əməkdaşlıq təklifləri qarşısında türk dövlətləri birliklə fəaliyyət göstərməlidir. Həmçinin Azərbaycan çalışır ki, Qazaxıstan nefti və Özbəkistanın digər məhsulları ərazimizdən keçsin. Hazırda Qazaxıstan Azərbaycan hava səfərlərin sayı artıb və iki ölkənin limanlarından bir-birinə birbaşa şəkildə balıq məhsulları daşınır. Bundan sonra da Qazaxıstan, Azərbaycan strateji əməkdaşlığı güclənəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
18:37 13.07.2026
Dünya
“Real”ın yeni kapitanı müəyyənləşdi
18:08 13.07.2026
Futbol
Vətəndaş Nikol Paşinyanı məhkəməyə verir
17:57 13.07.2026
Gündəm
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
17:33 13.07.2026
İqtisadiyyat
Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
16:21 13.07.2026
Mədəniyyət
Slaven Biliç Xorvatiya millisinin baş məşqçisi təyin olunub
16:15 13.07.2026
Futbol
Yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı
15:47 13.07.2026
Hadisə
6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir
15:17 13.07.2026
Hadisə
Prezident gənc nəsillə bağlı strateji çağırış etdi - RƏY
15:06 13.07.2026
Siyasət
ABŞ İrana raket zərbəsi endirib, bir nəfər yaralanıb
14:58 13.07.2026
Dünya