
Analitik: İranın ermənidən çox ermənilik etməsi İslam dəyərlərinə həqarətdir
Yusif Sultanoğlu
09:49 05.01.2024
Siyasət
673
İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib ki, Tehranın mövqeyi dəyişməyib. Onun sözlərinə görə, İran sərhədlərin dəyişdirilməsinin, regionda geosiyasi dəyişikliklərin əleyhinədir: "Sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xəttdir. Bu, İranın ən yüksək hakimiyyət orqanları səviyyəsində elan edilib və heç kim bundan yayına bilməz". Səfir əlavə edib ki, başqa ölkənin ərazisində eksterritorial dəhliz yaratmağın mənası yoxdur: "Hesab edirəm ki, Ermənistan ərazisində eksterritorial dəhliz məsələsinin qaldırılmasının beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə və milli suverenliyinə heç bir aidiyyəti yoxdur. Ermənistanın baş nazirinin “Dünyanın kəsişməsi” proqramında qeyd edildiyi kimi, Ermənistan ərazisində istənilən ərazi əlaqəsi bu ölkənin milli suverenliyi altında fəaliyyət göstərməlidir. Ermənistan ərazisində eksterritorial dəhlizdən danışan dövlətlər öz ərazilərində də eyni dəhlizləri yaratmağa hazırdırlarmı? Məncə, xeyr. Ona görə də özləri üçün istəmədiklərini başqaları üçün istəməməlidirlər”.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, İranın siyasətində dəyişiklik yoxdur və Azərbaycan-Ermənistan münasibətlərinin sülh mərhələsinə keçməsindən narahatdır.
Analitik diqqətə çatdırıb ki, məqsəd Zəngəzur dəhlizindən Türkiyənin Azərbaycan vasitəsi ilə digər türk dövlətləri ilə quru yolu əlaqələrinin qarşısını almaqdır:
"Bu, İranın konkret amalıdır. Ermənistan ilə də nəyin bahasına olursa olsun əlaqələri, dostluğu qorumaqda əsas niyyət türk düşmənliyidir. Bununla yanaşı İranın Ermənistanla Azərbaycan arasındakı dəhliz və ya digər razılaşmalara qarşı çıxaraq təsir göstərməsi, təhdid dili ilə danışması qəbuledilən deyil, beynəlxalq hüquqa və qanunlara ziddir. Sadəcə etiraz edə bilər, etirazdan o tərəfə keçə bilməz. Keçsə, idi Qarabağ işğalda olanda əməli şəkildə Ermənistana təziq göstərərdi, dəstək əvəzinə. İran narahatlıq keçirir ki, Azərbaycanın qüdrəti o yerə çatar ki, Ermənistan ərazisi olan digər yurd yerlərinə də sahiblənmə şəraiti yaranar. Sonrakı mərhələ də İranın özündəki soydaşlarımızın tələb etdiyi kimi Cənubi Azərbaycan məsələsi ciddi mərhələyə qədəm qoyar. Lakin bu şübhələr və sui-zənn əsassızdır. Azərbaycanın hüququ var ki, Ermənistan ilə razılaşaraq dəhliz alsın. Hər iki müstəqil dövlət arasında mümkün razılaşmaya kənar müdaxilə ancaq qərəz xarakteri daşıyır".

Ekspert vurğulayıb ki, səfirin bu açıqlamasının heç bir hüquqi, beynəlxalq əsası yoxdur:
"Sadəcə qısqanclıq və qərəz xarakteri daşıyır. Azərbaycan və Türkiyəyə qarşı hesablanmış sözdür. Əgər Ermənistan və Azərbaycan Zəngəzur dəhlizi məsələsində razılaşsalar buna İranın müdaxilə etməsi qanunsuz və əsassızdır. Səfirin söylədiyi oxşar fikirlər mütəmadi olaraq səsləndirilir. Ancaq bu özünü İslam Respublikası adlandıran bir ölkə üçün utancvericidir ki, müsəlman qardaşının yolunu, dəhlizini kəsmək üçün, onun açılmaması üçün özünü oda - közə vurur. Müsəlman Azərbaycanın və müsəlman Türkiyənin maraqlarının əksinə olaraq qeyri-müsəlman Ermənistanın yanında olmaq, ermənidən çox ermənilik etmək İslam dəyərlərinə həqarətdir. İslam ölkəsi öncə gərək müsəlman qardaşının maraqlarını müdafiə etsin. Demək İran müsəlman torpaqlarının, Azərbaycanın qədim yurd yerlərinin kafir tapdağında və işğalında qalmasını istəyir. Müsəlmanların Zəngəzura ayaq basmasının əksinədir. Bu, İslam düşmənliyidir. Biz heç kəsin ərazi bütövlüyünə xələl gətirmirik, sadəcə soydaşlarımızın əzəli yurdlarına getməsini istəyirik, dəhlizin açılmasını istəyirik. Əslində bu dəhlizdən İran özü də yararlanacaq, regionda iqtisadi əlaqələr inkişaf edəcək. Əminəm ki, belə sərsəm açıqlamalar Azərbaycanı öz haq yolundan döndərə bilməz. Tərəfdaşlarımız da bu məsələdə Azərbaycanın yanındadırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət