
Anti-Azərbaycan mövqeyi ilə seçilən dövlətlər - RƏY
00:24 14.06.2024
Siyasət
459
Biri Fransa, digəri Niderland... Avropa İttifaqının anti-Azərbaycan mövqeyi ilə seçilən üçüncü dövləti Belçikadır
“İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa ölkələri bizə qarşı əsassız və vicdansız hücumlara başlayıb. Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib”. Bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə səsləndirib. Dövlət başçısı bildirib ki, bunun təməlində heç də beynəlxalq hüququn normaları deyil, şəxsi xəstə ambisiyalar dayanır: “Əfsuslar olsun ki, Avropada xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan qruplaşmanı da yarada biliblər. Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların adları bəllidir. Macarıstan burada təkcə öz dostunu müdafiə etmir, haqqı, ədaləti müdafiə edir. Mən Avropadan gələn qonaqlara dəfələrlə demişəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, o ərazi bütövlüyünü ki, siz də onu tanımısınız, bütün dünya da tanıyıb. O ərazi bütövlüyünü ki, BMT Təhlükəsizlik Şurası işğala son qoyulması üçün 4 qətnamə qəbul edib. Ancaq BMT bir şey edə bilmədi, Avropa İttifaqı bir şey etmək istəmədi, ATƏT və onun Minsk qrupu faktiki olaraq işğalçı Ermənistanın əlində bir anti-Azərbaycan alətə çevrilmişdi. Biz 28 il gözlədik. Biz sülh yolu ilə bunu həll etmək istədik. Amma biz gördük ki, bizə qarşı çıxanlar bu işğalı əbədi etmək istəyirlər. Onlar Ermənistandan Cənubi Qafqazda bir alət kimi istifadə etmək istəyirdilər ki, Ermənistan bütün qonşularına qarşı hücumlara keçsin. Biz haqqı bərpa etdik, öz ərazi bütövlüyümüzü müdafiə etdik, suverenliyimizi bərpa etdik. Yəni Macarıstan buna görə bizi müdafiə edir. Azərbaycan olmasın, istənilən başqa ölkə olsun, əgər o, haqq yolundadırsa, əminəm ki, bugünkü Macarıstan hökuməti onun yanında olacaq”.
Politoloq Elxan Şahinoğlu deyib ki, həmin ölkələrdən biri Fransadır, digər iki ölkədən birinin Niderland olduğunu söyləmək mümkündür:

"Çünki bu ölkənin rəsmiləri və deputatları da fransalı həmkarları kimi, tez-tez Azərbaycan əleyhinə açıqlamalar verirlər. Azərbaycan 2023-cü ilin sentyabrında antiterror əməliyyatı həyata keçirdikdən sonra Niderland parlamentində Ermənistana silah satışı məsələsi müzakirə olunmuşdu. Niderlandın xarici işlər naziri Azərbaycan əleyhinə açıqlamaları ilə yadda qalmışdı. O, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini gündəmə gətirmişdi. Həmin nazir Azərbaycanın guya Ermənistana hücum əməliyyatı hazırladığını söyləmişdi. Niderlandın islamafob siyasətçiləri də az deyil".
Analitikin fikrincə, Avropa İttifaqının anti-Azərbaycan mövqeyi ilə seçilən üçüncü dövləti Belçikadır: "Bu ölkənin parlamenti də Azərbaycana qarşı ədalətsiz qətnamələr qəbul edib və Belçika hökuməti bunun qarşısını almayıb. Əksinə, Belçikanın xarici işlər naziri ötən il Azərbaycan əleyhinə bir neçə dəfə açıqlama səsləndirmişdi. Avropa İttifaqının iki üzvü olan Yunanıstan və Kipr Respublikası da Ermənistana dəstəklərini əsirgəmirlər. Ancaq Yunanıstan Azərbaycandan qaz aldığına görə rəsmi Afina Paris kimi qatı anti-Azərbaycan mövqeyindən çıxış etmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə