
Aqşin Kərimov: Fransa tərəfindən Fransız Polineziyasının müstəqillik hüquqları əlindən alınır
12:00 29.05.2024
Siyasət
422
Bu gün Fransız Polineziyasının hakim “Tavını” partiyasının rəhbər heyətinin Azərbaycana səfəri başlayıb.
Dörd günlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm, təhsil, idman, səhiyyə və digər sahələrdə əməkdaşlığın yaradılması imkanlarının nəzərdən keçirilməsidir.
Bu xüsusda, Milli Məclis, eləcə də digər dövlət və özəl qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.
Səfər çərçivəsində həmçinin Milli Məclisdə “Fransız Polineziyasının Dekolonizasiya Hüququ: Çağırışlar və Perspektivlər” mövzusuna konfrans təşkil olunacaq.
Fransız Polineziyasının hakim “Tavını” partiyasının nümayəndə heyətinin səfəri XXI əsrdə kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı beynəlxalq konfrans çərçivəsində BTQ və Tavini partiyası arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin müddəalarına uyğun olaraq təşkil olunur.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Fransız Polineziyası Fransanın Sakit Okeanda yerləşən geniş müstəmləkə ərazisidir:
“Fransa üçün Sakit Okeanın bu hissəsi Qərbi Avropa qədər strateji baxımdan dəyərli olaraq qalır. Çünki Fransız Polineziyasına daxil olan adalarda olan ambisiyalar Fransanın bütün Sakit okeanda öz səlahiyyətlərini və təsirlərini genişləndirmək vasitəsinin bir hissəsidir. Eyni zamanda, Fransız Polineziyasında Fransanın vaxtı ilə keçirdiyi nüvə silahlarının sınaqları Parisə nüvə gücünü saxlamağa imkan verən faktorlar sırasında dayanıb. Hazırda isə Fransa qlobal nüfuz itkisi ilə qarşı-qarşıya qaldığı bir zamanda Fransız Polineziyasında müstəqillik referendumunun keçirilməsi yenidən aktuallaşır.
Çünki hələ də Fransız Polineziyasına məxsus təbii sərvətlər qeyri-bərabər paylanır və ölkənin suverenlik, müstəqillik hüquqları əlindən alınır”.

Ekspert qeyd edib ki, Azərbaycan Fransanın neokolonial siyasətinə qarşı səsini ucaldan ölkə olduğundan o, həm böyük güclər müstəvisində, həm də müstəmləkəçilikdən əziyyət çəkən ərazilər prizmasında cazibə mərkəzinə düşür:
“Bu baxımdan, Azərbaycana Fransız Polineziyası nümayəndə heyətinin gəlməsi rəsmi Bakının apardığı xarici siyasətə dəstək məsələlərini əhatə edir. Proses Yeni Kaledoniyada Fransaya qarşı güclənən etirazlar fonunda diqqət çəkir. Görünür ki, Fransız Polineziyası da Yeni Kaledoniyanın haqq səsini qaldırmasından sonra müstəqillik tələb edən aksiyalara başlaya bilər. Azərbaycanın mövqeyi bəllidir, o, sadəcə olaraq beynəlxalq hüququn və normaların çərçivəsində Fransanın müstəmləkəçilik siyasətinin davam etdirilməsi əleyhinə mübarizə aparır.
Bu mübarizə geosiyasi tənliklərin həlli baxımından da qlobal rəqabət arenasına təsirsiz ötüşmür. Lakin Bakı güc mərkəzlərinin maraqlarını deyil, yalnız öz siyasətini və ədalət prinsiplərini müdafiə edir.
Bakıya edilən səfər Azərbaycandan bu istiqamətdə olan gözləntiləri əks etdirir və növbəti mərhələ üçün hazırlıq məqsədi daşıyır. Bakıda “Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər” mövzusunda keçiriləcək konfrans bu fikrin təsdiqi kimi başa düşülə bilər”.
Qeyd edək ki, “Tavını” partiyası uzun illərdir ki, Fransız Polineziyasının Fransa əsarətindən azad olaraq, müstəqillik qazanması uğrunda mübarizə aparır.
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm