
ATƏT sülhə töhfə vermək istəyirsə, Minsk qrupunun fəaliyyətini ləğv etməlidir -ŞƏRH
13:41 25.04.2025
Siyasət
424
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edib.
Dövlətimizin başçısı Firidun Sinirlioğlunu ATƏT-in Baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi.
Feridun Sinirlioğlu təbrikə görə təşəkkürünü bildirdi. Qonaq Cənubi Qafqaz bölgəsinin ATƏT-in gündəliyində duran mühüm regionlardan biri olduğunu vurğuladı.
ATƏT-in Baş katibi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı əldə olunmuş nəticələrə görə təbriklərini çatdıraraq, iki ölkənin münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələrin aparıldığını qeyd etdi.
Qonaq ATƏT-in Azərbaycanla həyata keçirdiyi əməkdaşlıq layihələrinə toxundu.
Dövlətimizin başçısı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını deyərək, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi yollarla tam təmin etdiyini, bununla da ölkəmiz tərəfindən Helsinki Yekun Aktının, beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu dedi.
Görüşdə Azərbaycan ilə ATƏT arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Politoloq Turan Rzayev Sherg.az-a söyləyib ki, Firidun Sinirlioğlunun ölkəmizə səfəri indiki məqamda diqqət çəkir:

"Azərbaycan və ATƏT arasında bəzən müəyyən fikir ayrılıqları olsa da, ümumilikdə münasibətləri mənfi adlandıra bilmərik. ATƏT-in Baş katibindən əvvəl də Ermənistanın səfəri var idi. Bütün bunlar onu deməyə əsas verir ki, ATƏT sülh prosesi kontekstində və proseslərin sona yaxınlaşdığı bir dönəmdə regiona diqqətini artırıb. Əslində isə bölgədəki gərginlikdə maraqlı olduğu təəssüratını yaradır. Həmçinin sözügedən qurum sülhün bir parçası olmaq istəyir. Digər tərəfdə Azərbaycan və Ermənistan arasında imzalanacaq 17 maddəli sülh planı hazırdır. Lakin ATƏT-in Minsk qrupunun buraxılmaması prosesi əngəlləyən məsələlərdəndir. Hətta Prezident İlham Əliyev görüş zamanı qurumun rəsmisinə bunu açıq şəkildə bildirib. Əslində Azərbaycanın yanaşması konstruktivdir. ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsini dinc yolla həll etmək üçün mandatı, ixtiyarı qurum idi. 30 il ərzində ATƏT münaqişəni tənzimləyə bilməməsi, fəaliyyətsizliyi müharibəyə gətirib çıxardı".
Politoloq əlavə edib ki, artıq Minsk qrupunun hansısa münaqişəni həll etmək üçün mandatı yoxdur:
"Çünki 44 günlük müharibə və antiterror əməliyyatları ilə münaqişə də bitdi. Qalan proseslər isə Azərbaycan və Ermənistan arasındadır. Nəticə etibarilə ATƏT-in Minsk qrupuna ehtiyac da yoxdur. Bu mənada ATƏT sülhə töhfə vermək istəyirsə, Bakının və İrəvanın tələbi əsasında Minsk qrupunun fəaliyyətinin ləğvi istiqamətində şəffaflıq göstərməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm